Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-102)-44/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdehlər Cavabdeh2 Əliabbas qızına və Bakı şəhəri 46 saylı notariat Ofisinə qarşı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh2 Əliabbas qızına və Bakı şəhəri 46 saylı notariat Ofisinə qarşı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində həm vərəsəlik hüququndan məhrum edilməsini xahiş etdiyi şəxsi, həm də Bakı şəhəri 46 saylı Notariat Ofisi göstərsə də, xahiş etdim hissəsində tələbi yalnız Cavabdeh2 qarşı irəli sürmüşdür. Yəni cavabdeh qismində göstərdiyi Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Hakim eyni zamanda qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində göstərilən Bakı şəhəri 46 saylı Notariat Ofisi yalnız irəli sürülən tələbə münasibətdə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində çıxış edə bilər. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia bir neçə cavabdehə qarşı qaldırıldıqda onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 149.2.3, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh2 Əliabbas qızına və Bakı şəhəri 46 saylı notariat Ofisinə qarşı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair verdiyi iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-44/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(5-102)-44/2026
13.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver