Məhkəmə qərarları › İş №2(5-102)-59/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-59/2026

06.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-59/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili X14 iştirakı ilə, iddiaçı X3 – cavabdehlər Həbibova (Korman) Gülzar Əliabbas qızına və Cavabdeh1na qarşı «vərəsəlik hüququndan məhrum etmə» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Həbibova (Korman) Gülzar Əliabbas qızına və Cavabdeh1na qarşı «vərəsəlik hüququndan məhrum etmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həbibova (Korman) Gülzar Əliabbas qızının vərəsəlik hüququndan məhrum edilməsi və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 67, mənzil 17A-ya onun 4/3 hissə üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1977-ci il tarixdə Cavabdeh2 ilə nikaha daxil və bu nikah 1979-cu ildə pozulmuşdur. Bundan sonra həm X22, həm də Cavabdeh2 başqa şəxslərlə nikaha daxil olmuşlar. Belə ki, X22 xx.xx.1980-ci il tarixdə onun anası X19 ilə nikaha daxil olmuşdur. Sonuncuların birgə nikahından xx.xx.1981-ci il tarixdə mən və X23 anadan olmuşuq. Mən, 08 iyun 2004-cü il tarixdə X27 ilə nikaha daxil olmuşam, bundan sonra mənə “Ələkbərova” soyadı verilmişdir. X19 xx.xx.2022-ci il tarixdə, X22 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Mənim ünvan 1 ünvanladığım 02 oktyabr 2024- cü il tarixli ərizəm əsasında xx.xx.2024-cü il tarixdə vəfat etmiş X11 adma vəsiyyətnamə üzrə vərəsəlik işi açılmışdır. Cavabdeh 46 saylı Notariat Kontoru imtinasını onunla əsaslandırmağa çalışmışdır ki, mərhum X7nun mərhum anam X24 ilə rəsmi nikahı olmasına baxmayaraq vətəndaş xx.xx.1951-ci il təvəlüdlü Cavabdeh2 Əliabbas qızı ilə “ Elektron Notariat” X1 rəsmi nikah qeydi aşkar olunmuşdur. Qanunvericiliyin tələbindən də görünür ki, atamın Cavabdeh2 Əliabbas qızı ilə rəsmi nikahları ləğv olunmadan onun mərhum anam X24 ilə rəsmi nikaha daxil ola bilməzdi. Göründüyü kimi atamın Cavabdeh2 Əliabbas qızı ilə nikahı ləğv olunsa da lakin “Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi” ndə yerləşdirilməmişdir. ünvan 2 ünvanladığı 15 oktyabr 2024-cü il tarixli məktubun mənasına görə xx.xx.1977-ci il tarixdə X22 ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması haqqında akt qeydi aşkar edilməmiş və bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. X7 ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması ilə bağlı olaraq xx.xx.2024-cü il tarixli müraciətimə əsasən 1 saylı Bakı “Asan Xidmət” X5 təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışa əsasən adı çəkilən şəxslərin nikah haqqında akt qeydinin üzərində nikahın pozulduğuna dair heç bir məlumat aşkar edilməmiş və bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd edim ki, X7 ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulmasında ona görə əmin idim ki, əvvəla 1970-ci və 1980-ci illərdə qüvvədə, olmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 130-cu maddəsinə əsasən ikiarvadlılıq və çoxarvadlılıq cinayət hesab olunurdu. X22 və Cavabdeh2 Bakı şəhərinin mərkəzində yaşamış ziyalı şəxslər olmuşlar. Həmçinin də aralarında bağlanmış nikah pozulmasa idi həm X22, həm də Cavabdeh2 başqa şəxslərlə nikaha daxil ola dilməzdilər. Bu xüsusatlar onu göstərir ki, X22 və Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur, lakin həmin nikahın pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınmamışdır. Beləliklə, mənim vəsiyyətnamə üzrə vərəsəlik hüququmun həyata keçirməsi üçün X22 ilə Cavabdeh2 arasında xx.xx.1977-ci il tarixdə bağlanmış nikah üzrə boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi zəruri id. Buna görə də X22 ilə Cavabdeh2 arasında xx.xx.1977-ci il tarixdə bağlanmış nikah üzrə boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə edərək Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atam ilə Cavabdeh2 arasında xx.xx.1977-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilməklə bağlanmış nikah üzrə 1979-cu ildə boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdim. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Lakin Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı tələbə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi qaydasında baxılması qanunvericiliyin tələbi baxımından (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4-cü bəndi) yolverilməzliyinə istinad edərək ərizəçi İddiaçı Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət etmək üçün ərizəçi İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ərizəçi İddiaçı qızma geri qaytarılması qərara alinmışdır. İşin gedişatında vəsatət verərək qeyd etmişdim ki, iş materiallarında 1 saylı Bakı “Asan Xidmət” X5 təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışı və Yasamal rayon Qeydiyyat Şöbəsinin arayışlarının olmasına baxmayaraq mən tam olaraq bu fikirdəyəm ki, X7 ilə X12 arasında bağlanmış-nikahın 1979-cu ildə pozulması olmasaydı bundan sonra X7 anam X19 ilə xx.xx.1980-ci il tarixdə nikaha daxil ola bilməzdi. Həm də çox güman ki, Cavabdeh2 da başqa şəxslə nikaha daxil olmuşdur. Verilən sorğu əsasında bu gümanım təsdiqini tapmışdir. Belə ki alınmış sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh2 21 aprel 1953-cü il təvəllüdlü rus millətindən olan X21 xx.xx.1989cu ildə Səadət sarayında nikahları qeyd ediməklə (№ 2066) nikaha daxil olmuş və bu nikahlarından 14 avqust 1990-cı il tarixdə X26 adlı övladları anadan olmuşdur. Bu fakt 27 oktyabr 1990-cı ildə verilmiş 21.07 nömrəli doğum haqqında akt qeydilə və bu qeydə əks edilmiş 2 saylı doğum evinin xx.xx.1995-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənədlərdə uşagin atası X29, anası isə X20 olması aydın göstərilib. Həmçinin də qeyd edim ki, Cavabdeh2 X21 nikaha girərkən qızlıq soyadı “Həbibova” ilə daxil olmuşdur. Bu isə o deməkdir ki, X21 nikaha girərkən Gülzar atamın soyadı “Əhmədov” soyadını daşımırdı, yəni ondan artıq boşanmışdır. X7 ilə Cavabdeh2 arasında bağlanmış nikahın 1979-cu ildə pozulmasına dair akt qeydinin olmadığı üçün boşanmanın qeyd edilmə faktının müəyyən edilməsi mümkünsüz olması onun hələ də sənəd üzərində atamın arvadı kimi qalması deməkdir və buna görə də hazırda hesab edirəm ki, o, digər qaydada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilməlidir. Belə ki, həmin normaya əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Normada vərəsəlik hüququndan məhrum edilməsinin məhkəmənin qərarı ilə edilməsi göstərildiyindən məhkəməyə müraciət edirəm. Belə ki, təqdim etdiyim DİN-nin məktubundan da ğörünür ki, X9 Azərbaycan Respublikasının ərazisində qeydiyyatı yoxdur. Bu isə o deməkdir ki, o, Azərbaycan Respublikasının daimi yaşamır və ərazisində də yoxdur. X2 Azərbaycan Respublikasına giriş- çıxışı barədə vəkil sorğusu verilsə də Xidmətin cavab məktubunda buna dair məhkəmə sorğusu tələb edilmişdir. Beləliklə hesab edirəm ki, təqdim etdiyim sənədlər miras qoyan atamla X9 nikahına mirasın açılmasından azı üç il, yəni 40 ildən əvvəl faktiki xitam verildiyi və onların da ayrı yaşadıqları fakt olmaqla tam mübahisəsizdir və heç kim tərəfindən mübahisələndirilməsi üçün hüquqi əsası da yoxdur. Artıq 1 ildən çoxdur ki, mən vərəsəlik hüquqlarımı reallaşdira bilmirəm. Məhkəməyə müraciət etməklə müvafiq sənədlər əldə etməkdən başqa heş nə əldə edə bilmədim, vaxt itkisi oldu. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Həbibova (Korman) Gülzar Əliabbas qızının vərəsəlik hüququndan (o cümlədən məcburi paydan) məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasıni xahiş etmişdir Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, baxış zamanı araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ № 445568 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Vİİİ-ЖГ № 341712 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X22, anası X15r. 10 sentyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, X27 ilə X16 08 iyun 2004-cü il tarixdə nikaha daxil olmuşlar. 18 aprel 2024-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X22 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını qızı X4 vəsiyyət etmişdir. MH seriyalı 059366 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Neftçilər prospekti 67 nömrəli yaşayış evinin 17a saylı mənzili X11 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. 1 saylı Bakı Asan Xidmət X5 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, X22 xx.xx.1977-ci il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Həmin nikah pozulmadan xx.xx.1980-ci ildə X19 ilə nikaha daxil olmuşdur. AR DİN Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh2 Əliabbas qızının Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. 2107 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, 14 avqust 1990-cı il təvəllüdlü X18 atası X29, anası X13r. Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı məktubundan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Gabıbov Gulzar sonuncu dəfə Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixdə giriş etmiş, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikasından çıxış etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X22 xx.xx.1977-ci il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Daha sonra X22 həmin nikah pozulmadan xx.xx.1980-ci ildə X19 ilə nikaha daxil olmuşdur. Bu nikahdan X16 və X23 anadan olmuşdur. X22 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını qızı X4 vəsiyyət etmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bununla yanaşı vərəsəlik institutu miras qoyanın öz əmlakının vərəsə olmayan şəxsə keçməsinə dair etdiyi iradə ifadəsi (vəsiyyətnamə) zamanı onun yaxın qohumlarının mənafeylərini də qoruyur. Miras qoyanın ölmündən sonra vərəsələrinin əldə edə biləcək əmlak və digər maddi neymətlər hüququndan tam məhrum edilməsinin (ləyaqətsiz vərəsə) konkret şərtləri qanunda göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar . 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qanunvericiliyin tələbinə əsasən arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi üçün nikah münasibətlərinə mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilmiş olmalıdır. Belə bir müddətin müəyyən olunması nikah münasibətlərinə faktiki xitam verilməsinin ciddi olduğunun və bu münasibətlərin bərpa ediləcəyinin istisna edilməsinin yoxlanılması üçündür. Eyni zamanda ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində bir-birindən ayrı yaşamaları tələb olunur. Ərlə-arvadın bir-birindən belə uzun müddət ərzində ayrı yaşamaları onların həqiqətən öz nikah münasibətlərinə xitam vermək iradələrini izhar edir. Hazırki işdən görünür ki, X22 ilə Cavabdeh2 N.Əhmədovun vəfatına kimi rəsmi nikahda olmalarına baxmayaraq, təxminən 1980-ci ildən ayrı yaşamış və birgə təsərrüfat aparmamışdırlar. Həmin dövrdən başlayaraq vəfatına kimi N.Əhmədov hazırki iş üzrə iddiaçının anası X19 ilə rəsmi nikahda olmaqla, ailə həyatı yaşamışdır. Bu səbəbdən Həbibova (Korman) Gülzar Əliabas qızı sözügedən miras əmlaka münasibətdə vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16 iyul 2024-cü il tarixdə vəfat etmiş X10 miras qalmış əmlak üzrə Həbibova (Korman) Gülzar Əliabas qızı qanun üzrə vərəsəlik hüququndan (habelə məcburi pay hüququndan) məhrum edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar