Məhkəmə qərarları › İş №2(5-104)-68/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-68/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-68/2026 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 20000 manat məbləğində pul, 20000 manat qalıq borca 5 il müddətində illik 5 faizlə hesablanmış 5000 manat məbləğində pul və 165 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 25.18 kv metr olan fərdi yaşayış evi X15 tərəfindən 20000 manat məbləğində pula İddiaçı satılmışdır. Daha sonra, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20.38 kv metr olan fərdi yaşayış evi İddiaçı tərəfindən 19000 manat məbləğində pula X1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1712/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən X11 ilə İddiaçı Vaqif qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı Vaqif qızı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuş və baxış keçirilməklə yerləşdiyi yeri müəyyən edilmiş, ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kv.m sahəsi olan otaq) cavabdehlər İddiaçı Vaqif qızı ilə X5 tərəfindən boşaldılaraq iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızına təhvil verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, mülki işin materiallarına əsasən cavabdeh X10 xx.xx.2025-ci il tarixində öldüyü müəyyən edilmişdir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən cavabdehin qardaşı Cavabdeh1 hüquqi varis qismində işə cəlb edilmişdir. Belə ki, barəsində mübahisə edilən hüquq münasibəti maddi dəyərlərə malik olmaqla şəxsi xarakter daşımır və gələcəkdə müvafiq hüquq və vəzifələrin yaranmasına zəmin yarada bilər (bənd 62). Həmin qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2797/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-1712/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qətnamə xx.xx.2025-ci il tarixdə icraya yönəldilmiş və icra edilmişdir. Qanunvericilik normasından da göründüyü kimi X11 ilə İddiaçı Vaqif qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyinə görə sonuncu tərəfindən Cavid Hüseynova ödənilmiş pul məbləği ona geri qaytarılmalıdır. Cavid Hüseynov da xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən alğı-satqı zamanı ödənilmiş 20000 manat məbləğində pul onun hüquqi varisi olan hazırki iş üzrə Cavabdeh1 tərəfindən ona qaytarılmalıdır. Bundan başqa, digər Cavabdeh2 isə Cavid Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı arvadı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1712/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd edilir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Cavabdeh2 bildirmişdir ki, iddiaçını sakin qismində görməmişdir. O, Cavidin həyat yoldaşıdır. Cavidlə onun rəsmi nikahı yoxdur. Onun qayınları da təsdiq edir ki, iddiaçı ilə heç bir alğı-satqı müqaviləsi olmamışdır. Həmin vaxt o ünvanda yaşamamışdır. O, 6 ildir ki, orada yaşayır, lakin iddiaçını iki-üç dəfə orada görmüşdür. İddiaçı yoldaşının yanına gələrək bildirirdi ki, guya onun burada mənzili vardır. Yoldaşı da iddiaçını tanımırdı. İddiaçı guya ev alğısatqısı edən zaman onun yoldaşı həbsdə idi. Alğı-satqı olunan ev Cavidin anasına məxsus idi. İddiaçının harada yaşamasını bilmir. İddiaçı bir il bundan qabaq gələrək evlə bağlı alğı-satqı olduğunu bildirmişdir. İddiaçı evi onun yoldaşından almışdır. Yaqut xanım isə Təranə xanımdan almışdır. İddiaçının bacılarını tanımır. Alğı-satqı olunduğu deyilən ev, ev deyildi, bərbad gündə idi, hamısı ora zibil atırdılar. Oranın sayğacı da yox idi. Təranə xanım oranı aldıqdan sonra orada təmir işləri görüldü, iki-üç maşın zibil çıxarıldı. Daha sonra ora Yaqut xanıma satıldı. Yaqut xanım həmin ünvanda yaşayırdı, hamısı təsdiqləyə bilərlər. Yaqut xanım hazırda Türkiyədə yaşayır. Bakıda olan zaman həmin ünvanda yaşayır. Yaqut xanım Təranə xanımdan evi alandan bugünə qədər həmin ünvanda yaşayır. O, 6 ildir həmin ünvanda yaşayır. Məhkəmə yerli baxış edən zaman o da orada idi (bənd 29). Hesab edir ki, Cavid Hüseynov xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra əldə etdiyi 20000 manat məbləğində pulu faktiki nikahda olduğu arvadı Cavabdeh2 ilə birlikdə xərcləmişdir. Odur ki, həmin pul məbləği həm Cavabdeh1, həm də Cavabdeh2 tərəfindən İddiaçı qaytarılmalıdır. Yuxarıda qeyd edildiyi kimi 20000 manat məbləğində pul vəsaiti xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. Həmin pul vəsaitinə iddiaçı o dövrdə başqa yerdə əmlak alsaydı, hazırda həmin əmlakın dəyəri daha da yüksək olar və daha çox gəlir əldə etmiş olardı. Odur ki, 5 il üçün illik 5 faiz hesablanmaqla iddiaçıya 5000 manat (20000 manat x 25 faiz) məbləğində pul ödənilməlidir. Hesab edir ki, iddia tələbi təmin edilərsə, iddia qaldırılması üçün ödənilmiş 165 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 20000 manat məbləğində pul, 20000 manat qalıq borca 5 il müddətində illik 5 faizlə hesablanmış 5000 manat məbləğində pul və 165 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, aralarında barışıq olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 noyabr 1996-cı il tarixli, Vİİ-ЖГ № 309109 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə X6 arasında 05 noyabr 1996-cı il tarixdə nikah bağlanmış və həmin nikah 464 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - X15 ilə İddiaçı arasında bağlanmış 24 iyul 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 25,18 kv.m. olan fərdi yaşayış evi X15 tərəfindən 20000 manat məbləğində pula İddiaçı satılmışdır. - İddiaçı ilə X5 arasında bağlanmış 27 may 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 20,38 kv.m. olan fərdi yaşayış evi İddiaçı tərəfindən 19000 manat məbləğində pula X1. - “Azəriqaz” İB ilə X5 arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 27 may 2021-ci il tarixli müqaviləyə əsasən istehlakçının keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesab əsasən ödəməyi öhdəsinə götürmüşdür. - Enerji satışı departamenti ilə X5 arasında bağlanmış 27 may 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid ünvanı üzrə məişət abonenti tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. - "xxxx" ASC ilə X5 arasında bağlanmış 27 may 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslə müqavilə bağlanmışdır. - X5 (icarəyə verən) ilə X16 (icarəyə götürən) arasında bağlanmış 05 sentyabr 2023cü il tarixli daşınmaz əmlakın icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14/3 ünvanında yerləşən ümumi sahəsi 20 kv.m. 1 otaqlı fərdi yaşayış sahəsini icarəyə götürənə icarəyə vermişdir. İcarə haqqı 250 manat razılaşdırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1712/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, X11 ilə İddiaçı Vaqif qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı Vaqif qızı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuş və baxış keçirilməklə yerləşdiyi yeri müəyyən edilmiş, ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kv.m sahəsi olan otaq) cavabdehlər İddiaçı Vaqif qızı ilə X5 tərəfindən boşaldılaraq iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızına təhvil verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1038/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızının cavabdeh X9 qarşı cavabdehin ona aid qanunsuz zəbt etdiyi Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən təxmini 25 kv.m. sahəsi olan 1 otaqlı mənzildən özünə aid əşyalarla birlikdə çıxarılması və həmin otağın ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4328/2022 nömrəli işüzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-311/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdeh X8 Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında yerləşən təxmini 25 kv.m. sahəsi olan otaqdan əşyaları ilə birlikdə çıxarılması və həmin otağın iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızına təhvil verilməsi qət edilmişdir. İddiaçı Hüseynova Anabəyim Böyükbəy qızı cavabdehlər İddiaçı, X5 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 İddiaçı Vaqif qızı və İddiaçı Vaqif qızının X5 ilə bağladıqları müvafiq olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə təsdiq olunan və baxış keçirməklə yerləşdiyi yeri müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, 9-cu Vıyezdnoy, ev 14 ünvanında ümumi girişi olan həyətin sonunda yerləşən və ayrı girişi olan təxminən 25 kvadratmetr sahəsi olan mənzilin (otaq) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3183/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf müvafiq otağın 2020-ci il tarixdə onun tərəfindən tikildiyini bildirsə də, məhkəmə həmin dövrün pandemiya dövrü (tətbiq edilmiş məhdudiyyətlər baxımından) olduğunu nəzərə alır. Həmçinin, o da nəzərə alınır ki, apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi məhz 2023-cü ilin iyun ayında, yəni, hazırki mübahisə üzrə iddia ərizəsi məhkəməyə daxil olduqdan cəmi bir neçə ay əvvəl qəbul edilmiş, hətta həmin otağa, həyətə yerli baxış keçirilmiş, cavabdeh Cavid Hüseynov da həmin mülki işdən məlumatlı olmuşdur. Cavid Hüseynovun bu barədə mənzili satdığı hazırki iddia tələbi üzrə digər cavabdehlərə məlumat vermək imkanı olmuşdur. Məhkəmə qərarından eyni zamanda müəyyən edilmişdir ki, mülki işin materiallarına əsasən, cavabdeh X10 xx.xx.2025-ci il tarixində öldüyü müəyyən edilmişdir. Mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən cavabdehin qardaşı Cavabdeh1 hüquqi varis qismində işə cəlb edilmişdir. Belə ki, barəsində mübahisə edilən hüquq münasibəti maddi dəyərlərə malik olmaqla şəxsi xarakter daşımır və gələсəkdə müvafiq hüquq və vəzifələrin yaranmasına zəmin yarada bilər. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi, iddiaçı Hüseynova Anabəyim Böyükbəy qızının cavabdeh X12 qarşı “evdən çıxarılması və evin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsinin baxılan iş üçün preyudisial xarakter daşıdığını, həmin qətnamə ilə müəyyən edilmiş xüsusatların preyudisiallıq baxımından əsas götürülməli olduğunu, əks halda məhkəmənin, dövlətin adından qərar qəbul edən orqan olaraq eyni məsələyə dair 2 (iki) müxtəlif əks mövqe müəyyən etməsinin yolverilməz və “hüquqi müəyyənlik” prinsipinə zidd olduğunu qeyd etməklə prosessual qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. İlk öncə aydınlaşdırılmalı olan məsələ - iddia ərizəsində etibarsız hesab edilməsi tələb olunan ilkin alqı-satqı müqavilələrinin predmeti olan, cavabdehlərin məcburi qaydada çıxarılması xahiş edilən fərdi yaşayış evinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıya qaytarılmış fərdi yaşayş evi ilə eyni ev olub-olmamasından ibarətdir. Qeyd edilən məsələnin həllindən iddiaçının sözügedən əqdləri mübahisələndirmək, cavabdehlərin yaşayış sahəsindən çıxarılmasını tələb etmək üzrə subyektiv hüququnun təsbit edilməsi üçün əhəmiyyətli rol oynayır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçının hər hansı hüquqa malik olması halı öz təsdiqini tapmadığı təqdirdə, iddia ərizəsində qeyd olunan tələblər üzrə araşdırmaya keçilməsi zərurəti aradan qalxacaqdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-2939/2023 nömrəli mülki iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolunda əks olunan hallardan görünür ki, mübahisə predmeti olan “tikili qeyd edilən ünvanda (ünvan 5əlif şəxslərin yaşadığı və ümumi girişi olan həyətin sonunda yerləşir. Cavabdeh həyətin girişindəki otaqlardan birində yaşayır və deməsinə görə iddiaçının tələb etdiyi otağı artıq başqa bir şəxsə satmışdır. Mübahisəsi gedən otağın qapısını açmaq cavabdehə təklif olunsa da, o, açarın onda olmadığını bildirərək bundan imtina etmişdir.” Eyni zamanda hazırkı mülki iş üzrə xx.xx.2023-cü il tarixində keçirilmiş yerli baxış protokolundan müəyyən edimişdir ki, mübahisəli tikili iddia ərizəsində qeyd olunan ünvanda ayrı girişi olan bir otaqdır, müxtəlif şəxslərin yaşadığı və ümumi girişi olan həyətin sonunda yerləşir. Cavabdehlərdən X5 həmin otaqda yaşayır və bu otağı İddiaçı, onun isə öz növbəsində X7 aldığını bildirir. X2 faktiki nikah münasibətlərində olduğu arvadı mübahisəli evin yerləşdiyi həyətin girişindəki otaqlardan birində yaşayır. İş materiallarından həmçinin müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evini sonuncu alan - X5 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan, lakin işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində tanınmasını xahiş etmişdir. Cavabdeh X5 mövqeyini onunla əsaslandırmışdır ki, təxminən xx.xx.2023-cü il tarixdə borclu X11 mübahisəli evi satdığı İddiaçı hazırki mübahisə barədə məlumat vermiş, İddiaçı isə bu barədə evin sonuncu satıldığı şəxsə – ona məlumat vermişdir. xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 25.18 kv.metr olan fərdi yaşayış evi X11 tərəfindən İddiaçı, xx.xx.2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 20.38 kv.metr olan fərdi yaşayış evi İddiaçı tərəfindən ona satılmışdır. Həmin dövrdən etibarən, o, həmin ünvanda yaşamış və bütün kommunal müqavilələr onunla bağlanmışdır. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən isə mübahisəli əmlakı kirayəyə vermişdir. Hətta sonradan yeni ünvan alınmış və yeni ünvan ünvan 6dan da görmək mümkün olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində X8 ünvan 7 ünvanında yerləşən təxminən 25 kv.metr sahəsi olan otaqdan əşyaları ilə birlikdə çıxarılması tələb olunsa da, mübahisəli ərazi xx.xx.2020-ci il tarixdə X11 tərəfindən İddiaçı, xx.xx.2021-ci il tarixdə isə İddiaçı tərəfindən ona satılmışdır. Yəni çıxarılması tələb olunan otaq X8 faktiki sahibliyi və istifadəsində deyil, onun faktiki sahibliyi və istifadəsində olmuşdur. Deməli bu hal qətnamənin onun hüquqlarını pozduğunu, onun maraqlarına toxunduğunu təsdiq etmişdir. Beləliklə də, cavabdeh X3 Azərbaycan Respublikası Ali Məhkəməsinə - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2939/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə maraqlarına toxunan, lakin işdə iştirak etməyə cəlb olunmayan şəxs qismində tanınması barədə müraciətinin əsaslandırılmasından müəyyən edilir ki, X5 özü də hazırkı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsində etibarlılığı mübahisələndirilən ilkin alqısatqı müqavilələrinin predmeti olan, cavabdehlərin məcburi qaydada çıxarılması xahiş edilən fərdi yaşayış evinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2939/2023 nömrəli mülki iş üzrə çıxardığı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıya qaytarılması qət edilmiş fərdi yaşayş evi ilə eyni ev olmasını qəbul edir. Qeyd olunan xüsusat hər iki mülki iş üzrə tərtib edilmiş yerli baxış protokolu ilə də öz təsdiqini tapmışdır. Cavabdehlər tərəfindən ev şəraitinin yaxşılaşdırılması məqsədilə edilmiş təmir işləri, kommunal xidmətlərə dair adlarına bağlanmış müqavilələr, dindirilmiş şahidlərin ifadələri də müəyyən edilən bu halın mövcudluğunu aradan qaldırmır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2797/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)-1712/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə (bax bənd 25-44) düzgün nəticəyə gəlmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1712/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən məhkəmə aktı 10 oktyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almış və 24 noyabr 2025-ci il tarixdə icraya yönəlmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən X5 03 iyun 2021-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmə hər iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: - 157.7-ci maddəsiə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid küçəsi, ev 14 ünvanında yerləşən ümumi sahəsi 25,18 kv.m. olan fərdi yaşayış evi X11 tərəfindən 20000 manat məbləğində pula İddiaçı satılmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmiş və mübahisəli əmlakın əvvəlki sahibinə qaytarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə 20000 manat məbləğində pul vəsaiti X9 ödənilmişdir. Sonuncunun vəfat etməsi səbəbindən mübahisəli hüquq münasibətində hüquq varisliyi tətbiq edilmiş və onun hüquqi varisi qismində Cavabdeh1 müəyyən edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 20000 manat məbləğində pul, 20000 manat qalıq borca 5 il müddətində illik 5 faizlə hesablanmış 5000 manat məbləğində pul və 165 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, iddia mübahisələndirilən, yəni vurulmuş maddi ziyanın əvəzi olaraq qismən mənzilə görə ödənilmiş 20000 (iyirmi min) manatın təmin edilməsi hissəsində yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia həmin hissədə qismən haqlı sayılır. Belə ki, iddiaçı vurulmuş maddi ziyanın məbləği olaraq Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pulun ödənilməsini əsaslı hesab edir. Belə ki, göründüyü kimi iddiaçı mənzili alarkən 20000 (iyirmi min) manat məbləğində pulu X9 ödəmiş, o, vəfat etdiyindən onun hüquqi varisi qismində Cavabdeh1 müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehin hüquqi varisi tərəfindən qaytarılması barədə tələb əsaslı hesab edilir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, digər Cavabdeh2 həmin pul vəsaitini əldə etməsi və ya onun üzərində hər hansı öhdəlik daşıması iş materialları ilə sübuta yetirilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar həmin şəxsin mübahisəli hüquq münasibətində borclu qismində çıxış etməsini təsdiq etmir. Belə ki, Cavabdeh2 ilə mərhum Cavid Hüseynovla rəsmi nikah münasibətləri olmamışdır. Bu səbəbdən iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi üçün hüquqi əsas müəyyən olunmur. Məhkəmə həmçinin iddia tələbinin “20000 manat qalıq borca 5 il müddətində illik 5 faizlə hesablanmış 5000 manat məbləğində pul” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin iddiaçıya məxsus pul vəsaitindən qanunsuz istifadə etməsi nəticəsində faiz hesablanmasını əsaslandıran hüquqi əsaslar və sübutlar təqdim edilməmişdir. Buna görə də həmin hissədə iddia tələbi təmin edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh1 hüquqi varis olaraq cavabdeh qismində məhkəmə qərarı əsasında cəlb edilmişdir, belə olan halda cavabdehin 20000 manat qalıq borca 5 il müddətində illik 5 faizlə hesablanmış 5000 manat məbləğində pul hissəsində iddianı əsassız hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun 132 (yüz otuz iki) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun 132 (yüz otuz iki) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar