Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-329/2026 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ərazi aidiyyəti) X7 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, ərizəya etiraz, məhkəmə icraat iştirakçılarının izahatları
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, Ərizəçi X3 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə ruhi xəstədir. Onun xəstəlik diaqnozu "G80.0 Kvadroplegik spastik serebral iflic" xəstəliyidir. X3 müddətsiz olaraq 1-ci qrup əlilldir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X2 üzərində qəyyum təyin edilməsinə dair şifahi müraciətinə Maraqlı şəxsndə bildirilib ki, müraciətinizə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də o məhkəməyə müraciət edir. Məhkəmənin nəzərinə çatdırır ki, qeydiyyatı Lənkəran rayonu, Boladı kəndində olsa da, faktiki olaraq "xxxx" MTK tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən özünəməxsus evdə oğlu ilə yaşayır.
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək ərizə tələbini müdafiə etdiyini , işin Lənkaran Rayon Məhkəməsində baxılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; Maddə 317.3 Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası qanununun: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir.
7. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
8. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi xahiş edilən şəxs X1 rayonu, Boladı ərazi dairəsi, Boladı kəndində qeydiyyatdadır.
9. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur.
10. Göründüyü kimi, Ərizəçi müvəqqəti qeydiyyat vəsiqəsində Xırdalan şəhəri, Heydər Əliyev pr, 240, bina 240 C, blok 2,mənzil 39 ünvanı göstərilsə də fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi xahiş edilən şəxs X1 rayonu, Boladı ərazi dairəsi, Boladı kəndində qeydiyyatdadır. Yuxarıda sadalanan normalardan isə aydın olur ki, ərizəçinin Abşeron rayonunda qeydiyyatda olması, işin aidiyyət qaydalarına təsir göstərmir və müvafiq olaraq fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi nəzərdə tutulan şəxsin rəsmi qeydə alındığı yer Abşeron rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
12. Odur ki, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 317.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli