Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-743/2026 17.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun ləğvi, ödəniş təyinatının bərpası, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, forma məzmun) X1 Muxtar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun ləğvi, ödəniş təyinatının bərpası, maddi və mənəvi ziyanın ödənilməsinə tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh B-nin X2 İstismarı İdarəsinin vəzifəli şəxsləri inzibati özbaşınalıq, istehlakçı hüquqlarının kobud şəkildə pozulması və ona məxsus vəsaitlər qanunsuz mənimsənilmişdir. Onun iştirakı olmadan saxta əsaslarla tərtib edilmiş “AKT” vasitəsilə mövcud olmayan borcun yaradılması və yeni s
1. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun ləğvi, ödəniş təyinatının bərpası, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən qanunsuz olaraq hesablanmış borcun ləğv edilməsi, 218 AZN vəsaitin yeni sayğac balansına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, işburaxma dövrü və nəqliyyat xərcləri üçün 500 AZN maddi təzminatın və mənəzi ziyana görə 1000 Azn məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsi ilə "Azəriqaz" İB-nin X2 İstismarı İdarəsinin vəzifəli şəxslərinin inzibati özbaşınalığına, istehlakçı hüquqlarımın kobud şəkildə pozulmasına və mənə məxsus vəsaitlərin qanunsuz mənimsənilməsinə dair şikayətimi bildirirəm. Onun iştirakı olmadan, saxta əsaslarla tərtib edilmiş "AKT" vasitəsilə mövcud olmayan borcun yaradılması və yeni sayğac üçün etdiyi ödənişin bu xəyali borca silinməsi təkcə maddi ziyan deyil, həm də dövlət xidmətinə olan etimadının sarsılmasına səbəb olmuşdur. Bu ərizə ilə həm hüquqlarımın bərpasını, həm də çəkdiyim maddi-mənəvi əziyyətlərin kompensasiya olunmasını tələb edir. (Əsassız hesablanmış borcun ləğvi, ödəniş təyinatının bərpası, maddi və mənəvi ziyanın ödənilməsi barədə) 1. Məsələnin mahiyyəti: 18 oktyabr 2025-ci il tarixində baş vermiş avtomobil qəzası nəticəsində ona məxsus yaşayış sahəsinin qaz sayğacı yararsız hala düşmüşdür. Hadisə yerinə gələn "Azəriqaz" nümayəndəsi sayğacın yenisi ilə əvəz olunacağını bildirmiş və dəyişdirilmə prosesi icra edilmişdir. Sayğac dəyişdirilən ana qədər köhnə sayğac üzrə bütün borcları tərəfindən tam ödənildiyi halda (çıxarışla sübut olunur), 2026-cı ilin yanvar ayında ona əsassız olaraq yenidən borc bildirişi göndərilmişdir. 2. Qanunsuz hərəkətlər və əsassız borc tələbi: Yeni sayğac quraşdırıldıqdan sonra 3 ay ərzində bildiriş gəlməmiş, yanvar ayında isə ilk dəfə 218 AZN məbləğində borc sistemə düşmüşdür. O bu borcu yeni sayğacın sərfiyyatı hesab edərək tam ödəmişdi. Lakin dərhal sonra evə göndərilən qəbzdə sayğac göstəricisinin yenidən sıfırdan hesablandığı, 269 AZN göstərilmiş və ödədiyi 218 AZN-in "yox olduğu" məlum olmuşdur. Qurumun rəsmi şəxsləri şifahi olaraq bildirmişlər ki, həmin məbləğ köhnə sayğacın borcuna silinib. Hansı ki, onun köhnə sayğac üzrə heç bir borcu olmamışdır. Sayğacın, oktyabr ayının 18-i quraşdırılmağına baxmayaraq, ona dekabr ayı quraşdırıldığı iddia edildi və akt tərtib olunduğu bildirildi. Lakin o heç bir akta imza atmamış və prosesdə iştirak etməmişdi. Aktın surətini tələb etdikdə isə cavabdeh tərəf bundan imtina etmiş, məsul şəxs Vüsal suallardan yayınaraq xidməti otağı tərk etmişdir. Bu, AR İnzibati Prosessual Məcəlləsinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələblərinin kobud pozulmasıdır. 4. Ziyanın əsaslandırılması: Bu süni problem ucbatından dəfələrlə iş yerində icazə alaraq idarəyə getmiş, nəqliyyat xərcləri çəkmiş (maddi ziyan) və dövlət qurumu tərəfindən aldadılmağı, həmçinin süründürməçiliyə məruz qalmağı ona ağır mənəvi sarsıntı yaşatmışdır (mənəvi ziyan).
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. 4.Məhkəmə qeyd ki, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun ləğvi, ödəniş təyinatının bərpası, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavdehdən onun xeyrinə qanunsuz olaraq hesablanmış borcun ləğv edilməsi, 218 AZN vəsaitin yeni sayğac balansına bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, işburaxma dövrü və nəqliyyat xərcləri üçün 500 AZN maddi təzminatın və mənəzi ziyana görə 1000 Azn məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, öz tələblərinin əsası kimi istinad etdiyi müvafiq “AKT”-ı əlavə etməmiş, yalnız iddia ərizəsində qeyd etdikləri ilə kifayətlənmişdir.
5. Bundan başqa İddiaçı iddiasında borcun silinməsini xahiş etsə də, məbləği göstərməmiş, mücərrəd formada tələbini əsaslandırmışdır. Qeyd edilən əlavə hal ərizənin forma və məzmununa dair qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
4. Odur ki, iddia ərizəsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə geri qaytarılmalıdır.
6. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli