Məhkəmə qərarları › İş №2(5-106)-109/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-109/2026

18.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-109/2026 18.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azər Enerji ASC”-nin Ağcabədi rayon İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azər Enerji ASC”-nin Ağcabədi rayon İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh “Azər Enerji ASC”-nin Ağcabədi rayon İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə əlavə edilmiş sənədlərində bəzi çatışmamazlıq olduğundan işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 259.0.11, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azər Enerji ASC”-nin Ağcabədi rayon İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 266-267-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Azər Enerji ASC”-nin Ağcabədi rayon İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar