Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-321/2026 10.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlu, Ərizəçi “barışıq sazişinin təsdiqinə dair” ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi “barışıq sazişinin təsdiqinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək “barışıq sazişinin təsdiqinə dair” ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən və bu məcəllənin 254, 255, 261.0.1, 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1, 170.1 və 263-264, 267-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Ərizəçi “barışıq sazişinin təsdiqinə dair” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 50 manat məbləğində dövlət rüsumu tam olaraq Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(5-106)-321/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-321/2026
10.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver