Məhkəmə qərarları › İş №2(5-106)-66/2026

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-66/2026

23.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-66/2026 23.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlu, İddiaçı Cavabdehnə qarşı itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 28 may 2015-ci il tarixdə vəfat etmiş bibisi X1 miras qalmış Ağcabədi rayonu Bala Kəhrizli kəndi ərazisində yerləşən 0,94 ha torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş 27 dekabr 2025-ci il tarixli, 2087 saylı məktubla iddiaçıya bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və mirasa sahiblik edilməsi və onun idarə edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Buna görə də, ötürülmüş müddətin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Eyni zamanda iddiaçı öz iddia ərizəsində 28 may 2015-ci il tarixdə vəfat etmiş X2 atasının bacısı, yəni bibisi olmasını bildirərək, həmin şəxsdən ona Ağcabədi rayonu Bala Kəhrizli kəndi ərazisində yerləşən 0,94 ha torpaq sahəsinin qalmasını qeyd etsə də, vərəsə olduğunu təsdiq edən hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d m: İddiaçı Cavabdehnə qarşı itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nəriman Alməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar