Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(5-109)-29/2026 15.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi, maraqlı şəxs AR Ağstafa rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin edilməsinə dair tələbinə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs AR Ağstafa rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixində Ağstafa rayon, Köçəsgər kəndində anadan olmuş, Ağstafa rayonu Köçəsgər kəndində yaşayan və qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 108, 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi ,maraqlı şəxs AR Ağstafa rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və üzərinə qəyyum təyin edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad Həsənov
Məhkəmə qərarları › İş №2(5-109)-29/2026
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(5-109)-29/2026
15.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver