Məhkəmə qərarları › İş №2(5-111)-165/2026

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(5-111)-165/2026

06.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(5-111)-165/2026 06.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(018)-651/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Astara rayon Notariat ofisinə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestn Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 22 aprel 2022-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsimə dair iddiasının təmin edilməsi, Astara rayon Dövlət Notariat kontorunda bağlanmış 22 aprel 2022-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(106)-1891/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 14 iyun 2025-ci il tarixli, 2(018)-651/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Astara rayon Notariat ofisinə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestn Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 22 aprel 2022-ci il tarixli, AN-İN ******* saylı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(106)-1891/2022 nömrəli qətnaməsindən tərəflər kassasiya şikayəti verməmiş və qətnamə qanuni qüvəsini almışdır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçılar eyni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırki iş üzrə cavabdehlərə qarşı, eyni müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə iddiaçılar eyni cavabdehlərə qarşı, eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddiaya baxılıb yekun məhkəmə qətnaməsi çıxarılmış və qətnamə qanuni qüvvəsini almışdır. Bu səbəbdən hazırda iddiaçılar eyni cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa haqlı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edildiyindən, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara rayon Notariat ofisinə qarşı “xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Astara Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar