Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(5-111)-269/2026 27.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış aktın etibarsız sayılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış aktın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 İstismarı İdarəsinin Astara xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə heç bir hüquqi əsaslar olmadan qərəzli formada ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı X1 İstismarı İdarəsinin Astara xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2(018)-1372/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsinə” dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli, 2(106)-1953/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 2(018)- 1372/2025 saylı, 30 oktyabr 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş və qətnamə qanuni qüvəsini almışdır. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı eyni iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmasına baxmayaraq, hazırki iş üzrə cavabdehə qarşı aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Astara Rayon Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2(018)-1372/2025 nömrəli qətnaməsi ilə borcun əsaslılığı yoxlanılarkən sübut kimi qiymət verilmiş aktın etibarsız hesab edilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (iddiaçı və cavabdeh) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının (sübutların) eyni olması. Şərh edilənlərdən də göründüyü kimi, hazırki iddia ərizəsi ilə iddiaçı eyni cavabdehə qarşı, eyni predmet və eyni əsaslarla məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddiaya baxılıb yekun məhkəmə qətnaməsi çıxarılmış və qətnamə qanuni qüvvəsini almışdır. Bu səbəbdən hazırda iddiaçı eyni cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa haqlı deyil. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış aktın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(5-111)-269/2026
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(5-111)-269/2026
27.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver