Məhkəmə qərarları › İş №2(5-114)-168/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-168/2026

26.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-168/2026 26.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim X1, Ərizəçi X4 maraqlı şəxs Bərdə rayon icra Hakimiyyətinə qarşı “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il təvəllüdlü qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Lakin hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, Ərizəçi xx.xx.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, ərizəsinə Mehman Cəbiyevin doğum haqqında şəhadətnaməsini əlavə etmiş, lakin özünün doğum haqqında şəhadətnaməsini əlavə etməmişdir. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. MPM 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəyə əlavə edilmiş xx.xx.2026-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi X6 maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinə qarşı “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi MPM-nin tələblərinə riayət olunmadan verildiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X4 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. X6 tərəfindən ödənilmiş (xx.xx.2026-ci il tarixli, ********** nömrəli ödəniş qəbzi) 100 manat dövlət rüsumu X5 geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim: Lamiyə Hüseynquliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar