Məhkəmə qərarları › İş №2(5-114)-672/2026

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(5-114)-672/2026

12.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(5-114)-672/2026 12.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı “Cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ******* nömrəli xx.xx.2023-cü il tarixli akt əsasında ona 6480 m3, yəni 1620 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iş üzrə tərəflərdən İddiaçı fiziki şəxs olmaqla adına ********** nömrəli VÖEN vardır və 1620 manat məbləğində cərimə Bərdə rayonu Güloğlular kəndində yerləşən və iddiaçıya məxsus olan kafedə quraşdırılmış qaz sayğacına yazılmışdır. Cavabdeh isə hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı Cavabdehnə qarşı “Cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı adına ********** nömrəli VÖEN olmaqla o, fərdi sahibkardır, onun silinməsini tələb etdiyi cərimə isə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafenin fəaliyyətinə görə yazılmışdır. Belə olan halda, məhkəməyə müraciətin əsası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədən (kommersiya mübahisəsi) ibarət olduğuna görə MPM-nin 26.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Cavabdehnə qarşı “Cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar