Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(5-114)-71/2026 25.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qabil qızının sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı Cavabdehnə qarşı "əsassız yazılmış cərimənin silinməsi" tələbinə dair mülki işə Bərdə rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Mülki işin mahiyyəti İddiaçı Cavabdeh Tərtər X14 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X14 idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ******* saylı akt əsasında qəbul olunmuş qərarın və bizə yazılmış 172.80 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh Tərtər X14 idarəsi tərəfindən xx.xx.2023-cü il ildə yazılmış 172.80 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istifadə etdikləri qaz sərfiyatının sayğacında yaranmış problemə görə xx.xx.2023-cü il tarixdə Cavabdeh Bərdə rayon SQ və İX-nin nümayəndəsi Nəbiyev İlham və Sadıqov Sahib tərəfindən X8 qaz sayğacına görə cərimə tətbiq edilmişdi. Yazılan akt qanunsuz və əsassızdır. Qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmiş və onlara 172.80 manat cərimə yazılmışdır. Qanunsuz yazılan cərimə ləğv olunmalıdır. Daha sonra İddiaçı Bəhrəm oğlu iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəilə məhkəməyə müraciət edərək “ Azəriqaz” X11 X14 idarəsi tərəfindən xx.xx.2023-cü ildə yazılmış 172.80 manat cərimənin silinməsini təmin edəsiniz. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Bərdə rayonunda doğulmuşdur. Bərdə şəhəri, Nizami küçəsi ev 4 mənzil 6-da qeydiyyatdadır. Bərdə şəhəri Nüşabə-1 küçəsində yaşayır. xx.xx.1973-cü il tarixli № 440461 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X2, anası X9r. xx.xx.2019-cü il tarixli № 975550 nömrəli ölüm haqqında Şəhadətnamədən görünür ki, X12 xx.xx.2019-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cü il tarixli 131 nömrəli qeyd edilmişdir. Cavabdeh X1 istismarı idarəsi tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent kodu: **********01040 olan abonent İddiaçı adına olan qaz sayğacı kütləvi əvəz etmə səbəbindən dövlət yoxlanmasına aparılmışdır. Cavabdeh X1 istismarı idarəsini tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Cavabdeh X1 istismarı idarəsinin əməkdaşları tərəfindən Abonent kodu: **********01040 olan abonent İddiaçı adına olan sayğaca baxış keçirilən zaman qazın keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, Sayğacın istismara yararsız olduğu, sayğacın yenisi ilə əvəz olunmalı olduğu, sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməli olduğu qeyd olunmuşdur. Cavabdeh X1 istismarı idarəsini tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Abonent kodu: **********01040 olan abonent İddiaçı adına olan Bərdə şəhəri, Bərdə şəhəri, Nüşabə -1 küçəsi mənzil 104-də yerləşən fərdi yaşayış evində istifadə olunan qaza görə dəymiş ziyan 1440m3 kimi hesablanmışdır. Abonentin saldosundan görünür ki, Abonent kodu: **********01040 olan abonent İddiaçı adına olan Bərdə şəhəri, Nüşabə -1 küçəsi mənzil 104-də yerləşən mənzildə istifadə olunan qaz sayğacında 2023-cü il üçün 172.80 manat qalıq borc yazılmışdır. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, kütləvi əvəz etmə tədbirləri zamanı abonent İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki qaz sayğacı yenisi ilə əvəz edilərək dövlət yoxlamasına təqdim olunmuşdur. Yoxlama nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeydə almadığı və cihazın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu hal müdaxilə kimi qiymətləndirilmiş və abonentə əlavə borc hesablanmışdır. Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə hesablanmış bu borc əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarını pozur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən ünvan 1-də yerləşən fərdi yaşayış evində qazdan istifadəyə görə Abonent kodu: **********01040 olan abonent İddiaçı əsassız yazılmış 172.80 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 1-də yerləşən mənzildə qazdan istifadəyə görə Abonent kodu: **********01040 olan abonent İddiaçı əsassız yazılmış 178.80 manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lamiyə Hüseynquliyeva
Məhkəmə qərarları › İş №2(5-114)-71/2026
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(5-114)-71/2026
25.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver