Məhkəmə qərarları › İş №2(5-121)-373/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-373/2026

27.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-373/2026 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddia ərizəsinin forması və məzmununa dair tələblərə riayət edilməmişdir. Belə ki iddia ərizəsinin giriş hissəsində cavabdehlərin adı silinmiş və cavabdeh kimi Cavabdeh göstərilmişdir. Lakin həm iddia ərizəsinin təsviri hissəsində, həm də tələb hissəsində “cavabdehlər” ifadəsi işlənmişdir. Bu səbəblə məhkəmə hesab edir ki, iddia ərizəsində tələb aydın deyil. Məhkəmə qeyd edir ki, iddia tələbinin dəqiq ifadə olunmaması mülki mühakimə icraatının dispozitivliyi prinsipi ilə ziddiyyət təşkil etməklə ilk növbədə cavabdehlərin irəli sürülmüş iddia ilə bağlı öz müdafiəsini qurmasına, ikinci növbədə isə məhkəmənin iddia tələbinin həcmini müəyyən edib həmin tələblərlə bağlı qalması barədə mülki-prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməsinə maneə yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin, hazırkı iddia tələbinin qiymətləndirilməyən iddia tələbi olmasına baxmayaraq, iş üzrə cəmi 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, kompensasiya kimi cavabdehə verilməsi irəli sürülən 5000 manat iddianın qiyməti deyil. Ümumiyyətlə həmin məbləğ iddianın predmentinə də daxil deyil. Bu səbəbdən həmin məbləği nəzərədə tutaraq iş üzrə 70 manat dövlət rüsumunun ödənilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə” dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar