Məhkəmə qərarları › İş №2(5-121)-607/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-607/2026

11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-607/2026 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədova Maya Vahid qızı, İddiaçı cavabdeh Gəncə Sukanal TSC-ə qarşı “anasının adına olan 25*8*4*5 nömrəli sayqacı qaytarıb yerinə qoyulması, onun su xəttinin bərpası, 1 nömrəli ünvana aid olan 12** manat su pulu borcunun saxta yolla 1 nömrəli ünvana yönəldilməməsi, bütün bu saxtakarlıqda iştirak edən şəxslərin araşdırılaraq cəzalandırılması, Su kanal idarəsinin törətdiyi saxtakarlıqlar nəticəsində səhhətinə dəymiş zərərə və keçirdiyi sarsıntılara görə 3*** manat təzminat ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Gəncə Sukanal TSC-ə qarşı anasının adına olan 25*8*4*5 nömrəli sayqacı qaytarıb yerinə qoyulması, onun su xəttinin bərpası, 1 nömrəli ünvana aid olan 12** manat su pulu borcunun saxta yolla 1 nömrəli ünvana yönəldilməməsi, bütün bu saxtakarlıqda iştirak edən şəxslərin araşdırılaraq cəzalandırılması, Su kanal idarəsinin törətdiyi saxtakarlıqlar nəticəsində səhhətinə dəymiş zərərə və keçirdiyi sarsıntılara görə 3*** manat təzminat ödənilməsinin təmin edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 15*.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində tələb qeyri-müəyyən göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh Gəncə Sukanal TSC-ə qarşı “anasının adına olan 25*8*4*5 nömrəli sayqacı qaytarıb yerinə qoyulması, onun su xəttinin bərpası, 1 nömrəli ünvana aid olan 12** manat su pulu borcunun saxta yolla 1 nömrəli ünvana yönəldilməməsi, bütün bu saxtakarlıqda iştirak edən şəxslərin araşdırılaraq cəzalandırılması, Su kanal idarəsinin törətdiyi saxtakarlıqlar nəticəsində səhhətinə dəymiş zərərə və keçirdiyi sarsıntılara görə 3*** manat təzminat ödənilməsinin təmin edilməsi” tələbinə dair dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar