Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(5-125)-211/2026 16.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət edərək oğlu – xx.xx.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə ərizəçinin faktiki yaşayış yerinin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9-cu məhəllə, yataqxana 42/11, otaq 60 olması qeyd edilmişdir. Eyni zamanda maraqlı şəxs qismində də Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası göstərilmişdir. Ərizəçiyə izah olunmalıdır ki, yaşadığı yer Hacıqabul rayon inzibati ərazisi deyil, Sumqayıt şəhəri olduğundan, eləcə də onun Hacıqabul rayonu ərazində faktiki olaraq yaşamasına dair sübut (arayış və s.) təqdim edilmədiyindən hazırkı ərizəyə ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsində baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, ərizə geri qaytarıldığından, həmçinin ərazi aidiyyəti üzrə bu tələbə Hacıqabul Rayon Məhkəməsində baxılmalı olmadığından ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, hazırki ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edə bilər. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(5-125)-211/2026
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(5-125)-211/2026
16.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver