Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(5-132)-136/2026 12.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi, X1, Ərizəçi, Maraqlı şəxs X5 iştirakı ilə Ərizəçi X8i maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiqi edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 12 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi X3rşı ərizə ilə müraciət edərək, 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 oktyabr 2025-ci il tarixində birgə nikah dövründə əldə olunmuş əmlakların tərəflərin razılığı ilə bir-birinə verilməsinə dair razılığa gələrək X6 mediasiya prosesində iştirak etmişdir. Mediasiya prosesi nəticəsində Andrey Antifeevlə aralarında 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi bağlanılmışdır. Həmin razılaşmaya əsasən Andrey Antifeev 01 ədəd istismara yararlı vəziyyətdə qoşqulu (lafet) üzərində arı ailələri üçün nəzərdə tutulan yeşikləri arı ailəsi üçün ramkalar 1000 ədəd, arı mumu arı şamı (vosk) 20 ədəd, bal süzən qurğu (medaqonka), beton qablar (bedonlar) 06 ədəd, qaz piltəsi, doğım maşını (doilnıi) aparatı, iran peçi, şurup bağlayan drel şurunaver, hazır bal 150 kq, otbiçən aparat (mamokosa), 01 ədəd paltaryuyan və qabyuyan maşın, soyuducunu (xaladennik) ona verməyi öhdəsinə götürmüşdür. Barışıq sazişində ayrı qayda nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Bundan əlavə sazişdə ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü icra olunmalıdır qeyd olunmuşdur. Aralarında 03 oktyabr 2025-ci il tarixində saziş imzalansa da Andrey Antifeev bugünki günədək qeyd olunan əmlakları ona təqdim etmir və vaxt uzatmağa çalışaraq saziş üzrə öhdəliyin tələblərini kobud şəkildə pozur. Qeyd olunan əmlaklar istismara yararsız olmaqla yenisi ilə əvəz olunmalıdır. Bundan başqa ərizəçinin ona verdiyi bal yaxşı emal olunmamışdır. Həmin balı digər şəxsə satmış, lakin həmin şəxs balın yaxşı olmadığını bildirərək narazılığın bildirmişdir. Tərəflərin izahatları Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs X8 izahat verərək göstərdi ki, onunla ərizəçi arasında 03 oktyabr 2025ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi bağlanmışdır. Sazişdə qeyd olunan 20 ədəd arı mumu və 150 kq hazır balı ərizəçiyə vermişdir. Ərizəçi balın pis emal olunmasını bildirsə də onun balı Moskvada olan yarmarkada ikinci yeri tutmuşdur. Sazişdə adı çəkilən digər əmlakları isə ərizəçi istənilən vaxt götürə bilər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan sənədlər: İsmayıllı rayonu 1 saylı Mediasiya Təşkilatının 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişinin şərtlərində qeyd olunur: Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların tərəflərin razılığı ilə aşağıdakı əmlaklar bir-birinə verilməsinə razılığa gəldilər. Ərizəçi Bir ədəd 585 əyar 2,3 qram çəkidə 01 (bir) ədəd kişi üzüyünü Andrey Antifeyevə verir. X9 isə 1.1. Bir ədəd istismara yararlı vəziyyətdə qoşqulu (lafet) üzərində arı ailələri üçün nəzərdə tutulan yeşikləri arı ailəsi üçün ramkalar 1000 ədəd. 1.2. Arı mumu arı şamı (vosk) 20 ədəd. 1.3. Bal süzən qurğu (medaqonka). 1.4. Beton qablar (bedonlar) 06 ədəd. 1.5. Qaz piltəsi, 1.6. Doğım maşını (доильныи) aparatı, 1.7. İran peçi. 1.8. Şurup bağlayan drel Şurunaver. 1.9. Hazır bal 150 kq. 1.10. Otbiçən aparat (Mamokosa). 1.11. Bir ədəd paltaryuyan və qabyuyan maşın. 1.12. Soyuducunu (халаденник). Ərizəçi verir. 1.12 Bir ədəd kişi nişan üzüyü, bir ədəd döşək və bir ədəd adyal. Tərəflər razılığa gəlirlər ki, ailə münasibətləri nikahları pozulduqdan sonra da onların heç biri digərlərinin (valideynlərin övladların yanında) nüfuzdan sala biləcək xoşagəlməz hərəkətlərə yol verməyəcəklərini bildirdilər. 19 yanvar 2026-cı il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində bağlanılmış 03 oktyabr 2025ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, maraqlı şəxs barışıq sazişinin könüllü icrasını təmin etmədiyinə görə həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, barışıq sazişi tərəflər arasında bağlansa da maraqlı şəxs barışıq sazişinin könüllü icrasını təmin etməyərək, sözügedən əmlakara dair mübahisəni davam etdirir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin hər hansı bəndinin təsdiq edilməməsi üçün hər hansı bir səbəb müəyyən edilməmişdir. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndi məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ərizəçinin dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Beləliklə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 oktyabr 2025-ci il tarixli MŞİ/MT042-00229/2025 saylı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(5-132)-136/2026
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-132)-136/2026
12.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver