Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(5-136)-118/2026 12.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi3 (Ərizəçi2 nümayəndəsi) iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə müraciət edərək bildirmişlər ki, Qazax Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi 5 nəfərdən ibarət ailə üzvlərinin — X12, X5, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair JN-306F KOD 50100078 nömrəli torpaq mülkiyyət hüququna dair Dövlət aktında aşağıdakı uyğunsuzluqlar mövcuddur: “X11” kimi göstərilən hissə əslində X15; “X8” kimi göstərilən hissə X9; “X13” kimi göstərilən hissə Ərizəçi3; “X6” kimi göstərilən hissə Ərizəçi1; “X16” kimi göstərilən hissə isə Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi edilməsini xahiş etmişlər Ərizə onunla əsaslandırılmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpaq sahəsinə dair JN-306F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə, Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi 5 nəfərdən ibarət ailə üzvlərinin, yəni X12, X5, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Şəhadətnamə tərtib edilərkən ailə üzvləri göstərilən hissədə: 1-ci sırada X12 ata adı Hacı olduğu halda, səhvən “Əhmədalı” kimi; 2ci sırada X1 Şahbazov olduğu halda, səhvən “Süleymanov” kimi; 3-cü sırada Ərizəçi3 soyadı Şahbazova olduğu halda, səhvən “Süleymanova” kimi; 4-cü sırada Ərizəçi1 soyadı Bənnayeva olduğu halda, səhvən “Süleymanova” kimi; 5-ci sırada isə Ərizəçi2 soyadı Şahbazov olduğu halda, səhvən “Süleymanov” kimi göstərilmişdir. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirlər, lakin bu səhvin ucbatından çıxarış ala bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək bildirmişlər ki, iddia üzrə mülki işə baxılarkən və gələcəkdə qətnamə qəbul edilərkən iddia ərizəsinin “Məhkəmədən xahiş” hissəsində torpaq sahəsinə dair JN-306F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair “Dövlət aktı” sözlərinin əvəzinə “Şəhadətnamə” sözünün qeyd edilməsi nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 (həmçinin Ərizəçi2 nümayəndəsi) ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi3 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı, ata adı və soyadı Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı, ata adı və soyadı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan Ərizəçi2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı, ata adı və soyadı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X22 xx.xx.1972-ci il tarixdə evlənmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqına şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X24 və Bənnayeva (Şahbazova) Ruhiyyə Əhmədalı qızı xx.xx.2001-ci il tarixdə evlənmişlər. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1977-ci il tarixdə anadan olmuş, ata qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1980-ci il tarixdə anadan olmuş, ata qrafasında X14, ana qrafasında isə X7 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqına şəhadətnamənin surətindən görünür ki, X8 1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri akt tərtib edərək, göstərmişdirlər ki, Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri” RHŞ-nin 15 saylı Tovuz Ərazi idarəsinin rayon şöbəsinin mühəndis-inventarlaşdırıcı X20 iştirakı ilə akt tərtib edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş JN-306 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə soyad, ad, ata adları texniki səhv olaraq: X11, X8, X17, X6,.X4 qeyd edilmişdir. Komissiya müəyyən etdi ki, həqiqətən onların soyadı, adı və ata adları X25, X14,Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2dur. İş materiallarında olan Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi3nnın müraciətinə əsasən ona, bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktında edilmiş səhvlərlə bağlı tərtib olunmuş aktın təsdiq olunması məqsədəmüvafiq hesab edilmir. Bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müradiət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Qazax rayonu, Xanlıqlar kəndində yerləşən 1845 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş JN-306F nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının adları və soyadları arxiv məlumatları ilə eynidir. Lakin “Torpağa mülkiyyət hüququna dair” JN-306F nömrəli dövlət aktında mülkiyyətçilərin adları, atalarının və soyadları şəxsiyyəti təsdiq sənədlərdə yə ölüm haqqında şəhadətnamədə fərqlidir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan JN-306F KOD 50100078 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixli, 12 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0.18 ha torpaq sahəsi X11, X8, X18, X2 və X10 oğlunun mülkiyyətindədirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçilərin bütün şəxsi sənədlərində onların ad və soyadları X25, X14, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi2 kimi göstərilmişdir. Lakin JN-306F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilərkən texniki səhvə yol verilmiş və həmin şəxslərin soyadları və ata adları səhvən X11, X8, X18, X6 və X4 göstərilmişdir. Şəhadətnamədə səhvən göstərilən həmin şəxslərlə ərizəçilərin təqdim etdikləri sənədlərdə göstərilən şəxslərin eyni şəxslər olması iş materialları ilə təsdiq olunur və bu hal məhkəmədə şübhə doğurmur. Belə ki, JN-306F, KOD 50100078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, eləcə də ərizəçilərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri məhkəməyə həmin şəxslərə aid sənədlər kimi təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, ərizəçilər qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək imkanına malik deyillər və həmin faktın müəyyən edilməsi onlara torpaq sahəsinə dair sənədləşmə işlərinin aparılması və çıxarışın alınması üçün zəruridir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-306F KOD 50100078 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X11”na aid hissədə “X25”na, “X8”na aid hissədə “X14”na, “X18”na aid hissədə “Ərizəçi3”na, “X6”na aid hissədə “Ərizəçi1”na və “X16”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qazax rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-306F KOD 50100078 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X11”na aid hissədə “X25”na, “X8”na aid hissədə “X14”na, “X18”na aid hissədə “Ərizəçi3”na, “X6”na aid hissədə “Ərizəçi1”na və “X16”na aid hissədə “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(5-136)-118/2026
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-136)-118/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver