Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-129/2026 23.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, İddiaçı cavabdeh X1 X2rşı “dəymiş ziyanın hesablanmasına dair aktın qanunsuz hesab olunaraq ləğv edilməsi və qeydiyyatda olan ******* zavod nömrəli sayğacla, 216 manat borcun abonent bazasından silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, Müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı cavabdeh X1 X2rşı “dəymiş ziyanın hesablanmasına dair aktın qanunsuz hesab olunaraq ləğv edilməsi və qeydiyyatda olan ******* zavod nömrəli sayğacla, 216 manat borcun abonent bazasından silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, xx.xx.2023-cü ildə, Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ. Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışla, Qusar şəhəri, H.Əliyev pr.,ev 166, manzil 32-də, əvvəllər babası- Şahnəzər İsmayılova məxsus mənzilin mülkiyyət sahibiyəm. Bundan əvvəl, həmin mənzil babasının mülkiyyətində olarkən, xx.xx.2021-ci ildə, "Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin Qusar XS-nin nümayəndələri tərəfindən guya mənzilimizə gedən qaz xətti üzərində quraşdırılmış ******* zavod nömrəli, G-4 markalı qaz sayğaçı ******* nömrəli akt tərtib olunaraq xəttdən açılmış və növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. "Azəriqaz" İB-nin qaz sayğaclarının yoxlanması barədə 29/1710- 01429-1 nömrəli, xx.xx.2021-ci il tarixli aktına əsasən ******* zavod nömrəli qaz sayğacına Ümumi baxış keçirilmiş, guya sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu müəyyən olunmuşdur. Qeyd olunanlarla əlaqədar, xx.xx.2021-ci il tarixdə ******* nömrəli qüsur aktı tərtib olunmuş və itirilmiş qazın bərpası tələbi ilə 216 manat məbləğində hesabat aparılaraq abunəçi hesabıma işlənmişdir. Sonradan, "Azəriqaz” İB-nin X5 Sahəsinin inzibati binasında ona izah edildi ki, guya, xx.xx.2021-ci ildə, idarənin üç nəfərdən - Şahverdiyeva Müxlisə, Ağəliyev Əliş və Aydınbəyov Elxan adlı əməkdaşlardan ibarət nümyəndə heyəti, ünvan 1 ünvanında yerləşən evimizdəki ******* zavod nömrəli sayğaca baxış keçirmiş, guva sayğacın hesablama mexanizminin qapağının van tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu aşkar edilmiş, dəymiş ziyanın hesablanmasına dair xx.xx.2021-ci il tarixli, ******* saylı AKT tərtib etmişlər. Ən marağlısı isə budur ki, guya - akt tərtib edilərkən, istehlakçı nümayəndəsi kimi akta imza atmaqdan imtina etmişik. Halbuki, əvvəlki sayğacın hesablama mexanizminin plastmas qapağına müdaxilə etmək qətiyyən mümkün deyil. Bilavasitə, əvvəl istifadəmdə olan sayğacda problemin olması, həmin sayğaca mənim tərəfimdən müdaxilə edilməsi və sayğacın sıradan çıxmasında mən günahkar deyiləm. Bununla da, Azəriqaz” İB-nin X5 Sahəsi tərəfindən tərtib edilmiş - xx.xx.2021-ci il tarixli ******* nömrəli qüsur aktı AKT öz hüquqi qüvvəsini tam itirir. ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının MPM-in 152.1.9-cu maddəsi-iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələblərindən və işin hallarından da görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edib və məhkəmə tərəfindən belə olan halda iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Odur ki, Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qusar Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №2(5-141)-129/2026
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-129/2026
23.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver