Məhkəmə qərarları › İş №2(5-141)-5/2026

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-141)-5/2026

26.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(5-141)-5/2026 26.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Tarıverdi oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tarıverdi oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra miras qalmış və Qusar rayonunun Xürəl kənd ərazisində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-107A KOD 30103038 olan Şəhadətnamə üzrə 0,56 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-238 KOD 30103038 olan Dövlət Aktı üzrə 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onun tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun valideynləri X3 və X2 rayonunun Xürəl kəndində yaşamışlar və atası X3 xx.xx.1995-ci il tarixdə, anası X15 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X1 ölümündən sonra rayonun Xürəl kəndində Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-107A KOD 30103038 olan Şəhadətnamə üzrə 0,56 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-238 KOD 30103038 olan Dövlət Aktı üzrə 0,22 ha təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X1 ölümündən sonra yuxarıda qeyd olunan miras əmlakı o idarə edir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-107A KOD 30103038 olan Şəhadətnamə üzrə 0,56 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-238 KOD 30103038 olan Dövlət Aktı üzrə 0,22 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 2111 saylı məktublarla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin tərəfindən buraxılmasını əsas göstərməklə ərizəsinin icrasından imtina etmiş və mirasın qəbulu müddətinin uzadılması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə də sübuta yetir ki, X1 vəfatından sonra miras əmlakı o, idarə edir. Bu xüsusat iddia ərizəsinə əlavə edilmiş Qusar RİHB-nin Avaran kənd İƏDÜ Nümayəndəliyin xx.xx.2025-ci il tarixli, 205 saylı arayışı ilə də təsdiq olunur. İddiaçı Tarıverdi oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, şəxsi işlərilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Tarıverdi oğluna və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İV-ЖГ 443267 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 31 dekabr 1995-ci ildə ölmüşdür. İşdə olan AZ 146634 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 31 mart 2005-ci ildə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 10 sentyabr 2025-ci il tarixli 1089 saylı arayışın surətindən görünür ki, X8 ilə X19 nikahları 23 avqust 1962-ci ildə Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Tərverdiyeva” soyadını qəbul etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 205 saylı Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhumə X16 xx.xx.2005-ci ildə vəfat etmişdir və onun aşağıdakı vərəsələri qalmışdır. X5, oğlu İddiaçı Tarıverdi qızı, qızı X20, qızı X11, qızı X9, qızı X6. X16 vəfat etdikdən sonra miras əmlakı İddiaçı Tarıverdi oğli idarə edir. İşdə olan KOD 30103038 JN-238 nömrəli Dövlət aktının surətindən görünür ki, Qusar rayonu AİK-nin 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə Qusar rayonu Xurel kəndi ərazisindən 0.22 ha torpaq sahəsi X12 verilmişdir. İşdə olan KOD 30103038 JN-107A nömrəli Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu AİK-nin 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə Qusar rayonu Xurel kəndi ərazisindən 0.56 ha torpaq sahəsi X12 verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Xurel kəndində yerləşən 0.56 ha həyətyanı və 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilkin hüquqmüəyyənedici sənədlər əsasında X12 məxsus olmuşdur. X16 31 mart 2005-ci il tarixdə vəfat etmişdir. X10 vəfatından sonra İddiaçı həmin əmlakların faktiki mülkiyyətçisi olmuşdur. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, ərizəçi İddiaçı Tarıverdi oğlu X1 ölümündən sonra miras qalmış və Qusar rayonunun Xürəl kənd ərazisində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-107A KOD 30103038 olan Şəhadətnamə üzrə 0,56 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-238 KOD 30103038 olan Dövlət Aktı üzrə 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ərizəçi İddiaçı Tarıverdi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı Tarıverdi oğlu X1 ölümündən sonra miras qalmış və Qusar rayonunun Xürəl kənd ərazisində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-107A KOD 30103038 olan Şəhadətnamə üzrə 0,56 ha həyətyanı torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-238 KOD 30103038 olan Dövlət Aktı üzrə 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ərizəçi İddiaçı Tarıverdi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar