Məhkəmə qərarları › İş №2(5-141)-50/2026

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-50/2026

21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-50/2026 21.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Səfərli Günel Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, Müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Bildirmişdir ki, valideynləri rəhmətə getdikdən sonra qardaşı maşını öz adına keçirtmək üçün notariusa müraciət etmişdir, ididaçının adı olmadığına görə texniki səhvə görə ona vərəsəlik sənədi verilməmişdir, atasının payının 50 faizi qardaşı Gülmətin adına keçirilmişdir. Ona görə də həmin qərarın ləğvini istəyir. ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının MPM-in 149.2-ci maddəsi: İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.1-ci maddəsi: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəlləsinin tələblərindən də görünür ki, iddiaçı iddia ərizəsində qardaşını cavabdeh kimi göstərmiş, lakin onun hansı əmlakı öz adına keçirməsi, vərəsəlik şəhadətnaməsi alması, adında hansı əmlakların olmasını, bu əmlakların məhz atasına məxsus olan əmlaklar olmasını, bu iddianın məhz vərəsəliklə bağlı olduğu barədə iddia ərizəsinə heç bir sənəd və sübut əlavə etməmişdir. İddia ərizəsindən başa düşülən odur ki, iddiaçı atasına məxsus olan əmlakların-ata payının 50 faizinin qardaşı-Cavabdeh Bahəddin oğlu adına keçirilməsini qeyd etmişdir. Lakin iddia ərizəsinə əlavə olunan sənədlər yalnız iddiaçının atası X1 məxsus olan daşınmaz əmlak-torpaq sahələri barədə çıxarışların surətləridir. Qardaşı barədə, ona keçirilən əmlaklar barədə heç bir məlumat, sənəd, sübut yoxdur. Bundan başqa onu da qeyd edim ki, iddia ərizəsində tələb hissə məlum deyil, iddiaçı “Xahiş etdim” hissəni də dəqiqləşdirməli, məhz hansı sənədin ləğv edilməsini istədiyini aydın şəkildə yazmalı və iddia ərizəsinə bu barədə sübutlar əlavə etməlidir. İş materiallarında nə hasısa notariat orqanına müraciət var, nə də ki, həmin notariat ofisindən verilən hansısa cavab məktubu, vərəsəlik şəhadətnaməsi. Məhkəmənin hazırki vəziyətdə hansı sənədlər əsasında hansı işə baxacağı məlum deyil. QEYD EDİLƏNLƏRƏ ƏSASƏN MƏHKƏMƏ İDDİAÇİYA İZAH EDİR Kİ, yuxarıda da qeyd etdiyimiz kimi,

1. əgər qardaşını cavabdeh qismində iddia ərizəsində göstərirsə də, qardaşının atasına məxsus hansı əmlakı əldə etməsi ilə bağlı iddia ərizəsinə sənəd, sübut əlavə etməlidir. Yəni məsələn, qardaşının öz adına kimə məxsus, hansı avtomobili keçirtməsi barədə, notariata müraciəti və ordan əldə etdiyi sənədlər barədə və s.

2. Hansı notariat ofisində vərəsəlik işi açılmışdırsa, həmin notariat ofisinə müraciət edilməlidir, müraciət edilmişdirsə də müvafiq vərəsəlik işi, qardaşı ilə bağlı hansı vərəsəlik şəhadətnaməsinin olması və s sənədlər də əldə edilərək iddia ərizəsinə əlavə edilməlidir. Ata payının 50 faizinin qardaşının adına keçirildiyini qeyd edirsə, həmin sübutları iddia ərizəsinə əlavə etməlidir.

3. İddia ərizəsinin “xahiş etdim”-tələb hissəsində məhz hansı vərəsəlik şəhadətnaməsinin ləğvinin istənildiyi də qeyd edilməlidir. Tələb aydın deyil.

NƏTİCƏVİ HİSSƏ:

Odur ki, Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Hakim: Günel Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar