Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(5-144)-453/2026 10.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki işin materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçı, cavabdehlər Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı, onun adından Cavabdeh2 tərəfindən Cavabdeh1ndə xx.xx.2019-cu il tarixində yazılmış miras payından imtinaya dair **********032 saylı ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, mülki işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaхtı və yеri barədə lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq cavabdeh Lənkəran Rayon 1 sayli Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sisteminin müvafiq məlumatlarına əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh2, cavabdehlər X3, İddiaçı və X1 qarşı “torpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********14-10301 reyestr nömrəli çıxarışa əsasən Lənkəran rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin onun payına münasibətdə naturada bölünərək 2/6 hissənin ona verilməsi və cavabdehlərin ona düşən hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş və 2(049)-2268/2025 nömrə ilə qeydə alınmışdır. İddiaçı X2 cavabdehlər Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə 2(049)-4521/2025 nömrəli mülki iş xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuşdur. İddiaçı cavabdeh Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə 2(5-144)-453/2026 nömrəli mülki iş isə xx.xx.2026cı il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Qeyd olunan işlər bir-birilə əlaqəli olduğundan həmin işlər bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif ərizəçinin eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, qeyd olunan mülki işlər bir-biri ilə əlaqəli və eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla, bir mülki iş üzrə mahiyyəti üzrə qəbul ediləcək yekun məhkəmə qərarının digər mülki iş üzrə qəbul ediləcək qərara da təsiri olacaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin fikrini dinləyərək qərara gəlir ki, İddiaçı cavabdeh Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə 2(5-144)-453/2026 nömrəli iş, iddiaçı X2 cavabdehlər Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” və iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı və X1 qarşı “torpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair birləşdirilmiş 2(049)- 2268/2025 nömrəli işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: İddiaçı cavabdeh Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə 2(5-144)-453/2026 nömrəli iş, iddiaçı X2 cavabdehlər Lənkəran Rayon 1 sayli Notariat Ofisi və Cavabdeh2 qarşı “miras paydan imtina ərizəsinin etibarsız hesab edilməsi” və iddiaçı Cavabdeh2 cavabdehlər X3, İddiaçı və X1 qarşı “torpaq sahəsinin naturada bölgüsü və cavabdehlərin həmin hissədən çıxarılması” tələbinə dair birləşdirilmiş 2(049)-2268/2025 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və həmin mülki işə 2(049)-2268/2025 nömrə ilə baxılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(5-144)-453/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-453/2026
10.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver