Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(5-144)-510/2026 12.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, o Astara şəhərində yerləşən telefon mağazasında telefonların alışı və satışı ilə bağlı fəaliyyət göstərir. O, Cavabdeh ilə xx.xx.2025-ci il tarixində 16№ nisyə alqı satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh Alqı-satqı qiyməti 400 manat olan İphone 11 markalı telefonu ilkin ödəniş 200 manat olmaqla 4 ay müddətinə, aylıq 50 manat ödəmək şərti ilə öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh ilkin ödəniş üzrə təyin olunmuş 200 manat məbləğində borcu ödəmiş qalan pul məbləğini isə aylıq olaraq ödməməişdir. Nəticədə Cavabdeh müqavilə üzrə təyin edilmiş 200 manat məbləğ borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə borcu ödəməsini desəmdə o mənə yalan vədlər verərək borcunu ödəməyindən imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşəm. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixində 16№ nisyə alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixində 16№ nisyə alqı satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh Alqısatqı qiyməti 400 manat olan İphone 11 markalı telefonu ilkin ödəniş 200 manat olmaqla 4 ay müddətinə, aylıq 50 manat ödəmək şərti ilə öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh ilkin ödəniş üzrə təyin olunmuş 200 manat məbləğində borcu ödəmiş qalan pul məbləğini isə aylıq olaraq ödməməişdir. Nəticədə Cavabdeh müqavilə üzrə təyin edilmiş 200 manat məbləğ borcu ödənilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki və Mülki prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Məhkəmədən Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan xx.xx.2025-ci il tarixli, 16 № nisyə alqı satqı müqaviləsinə əsasən ödənilməmiş 200 (iki yüz) manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №2(5-144)-510/2026
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-144)-510/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver