Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-421/2026 16.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 065 nömrəli mərhum xalası X4 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-483 kod 80518018 saylı şəhadətnamənin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 065 saylı qərarı ilə mərhum xalası X4 istifadəsində olan 0,14 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Lakin həmin qərar əsasında tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-483 kod 80518018 saylı Şəhadətnamədə xalasının ata adı səhvən “Teyyub” kimi qeyd edilmişdir. Əvvəla doğum haqqında arayışda və şəxsiyyət vəsiqəsindən görünür ki, xalası Nənəxanım Cahangirovanın ata adı şəhadətnamədə düzgün qeyd edilməmişdir. Bundan başqa nəinki onların ailədə, ümumiyyətlə yaşadıqları ərazidə şəhadətnamədə qeyd olunan Nənəxanım Teyyub qızı mövcud deyildir. Bu isə şəhadətnamədə yanlışlığa yol verilməsini, mərhum xalasının ata adının səhv yazılmasını göstərir. Xalası subay olmaqla əri, uşaqları olmamış, onun yeganə bacısı olan anası da, vəfat etmişdir. Bu səbəbdən də, xalasından qalmış miras əmlaka dair onun hüquqları yaranır. Lakin mülkiyyət sənədində olan bu səhv miras əmlakın sənədləşdirilməsinə mane olur. Bu səbəbdən də, mülkiyyət hüququna dair qeyd olunan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi zəruridir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
6. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 yanvar 2026-cı il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 24 yanvar 1991ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. X23 doğum tarixi xx.xx.1910 (öldüyü tarix xx.xx.1991) doğulduğu yer Masallı rayonu, Təzə Alvadı kəndi. X2 (xx.xx.1928) (vəfat edib), qızı X11 (xx.xx.1935) (vəfat edib).
7. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 iyul 2012-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X32 24 yanvar 1991-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 fevral 1991-ci il tarixdə qeydiyyat aparılmışdır.
8. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli doğum haqqında arayışdan görünür ki, X8 20 iyun 1928-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında Teyib, anası qrafasında X32 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2025-ci il tarixdə 1470 nömrəli bərpa akt qeydi tərtib edilmişdir. 04 dekabr 2009cu il tarixdə vəfat etmiş N.T.Cahangirovanın ölümü 08 dekabr 2009-cu il tarixdə Masallı rayonu, Təzə Alvadı kənd icra nümayəndəliyi tərəfindən 45 №-li akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır.
9. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli ölüm haqqında arayışdan görünür ki, X8 04 dekabr 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 dekabr 2009-cu il tarixdə 45 nömrəli akt qeydi tərtib edilmişdir.
10. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Masallı rayon Qeydiyyat şöbəsində və Masallı rayon Qeydiyyat şöbəsinin arxivində 1935-ci ildən X3 nikah akt qeydiyyatı tapılmadı.
11. JN – 483A KOD 80518018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Təzə Alvadı kənd sakini X5 Masallı rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 065 saylı qərarı ilə 0.14 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Bu şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi X5 verilmişdir.
12. Masallı rayonu, X26 tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli aktdan görünür ki, JN-483 A nömrəli 80518018 Kodlu şəhadətnamədə aşağıdakı şəxsin adında texniki səhvə yol verilmiş və X7 yazılmışdır. X8 yazılmalıdır. Qeyd: X8 ilə X7 eyni şəxsdir.
13. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli doğum haqqında arayışdan görünür ki, X11 22 oktyabr 1935-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında Şəbi, anası qrafasında X32 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2025-ci il tarixdə 1469 nömrəli bərpa akt qeydi tərtib edilmişdir. 27 noyabr 2018ci il tarixdə vəfat etmiş Y.Ş.İsmayılovanın ölümü 06 dekabr 2018-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 105 №-li akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır.
14. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli ölüm haqqında arayışdan görünür ki, X11 27 noyabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 dekabr 2018-ci il tarixdə 105 nömrəli akt qeydi tərtib edilmişdir.
15. Masallı Rayon Məhkəməsinin 2(050)-2308/2025 saylı, 19 avqust 2025-ci il tarixli qətnaməsindən görünür ki, X4 20 iyun 1928-ci ildə, X9 22 oktyabr 1935-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində X20 doğulmaları faktının müəyyən edilməsi, X8 və X10 məxsus doğum akt qeydlərinin ana qrafasında X24 yazılması və X8 ilə X9 eyni anadan doğulmaqla ögey bacılar kimi qohumluq münasibətlərində olmaları faktının müəyyən olunması qət edilmişdir.
16. Masallı rayon İcra hakimiyyəti başçısının Təzə Alvadı kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli məktubun surətindən görünür ki, aparılmış araşdırma nəticəsində məlum olmuçdur ki, kənd sakini olmuş mərhumə X1 olmuş, ailə qurmayıb və övladı olmamışdır. Onun bir bacısı olmuşdur, mərhumə X11. Yaçxanım İsmayılova ailəli olmuş və 7 övladı dünyaya gətirmişdir. Onların adları aşağıdakılardır: X13, X17, X21, X18, X14, X15 və Ərizəçi. Yerli sakinlərdən toplanmış məlumatlara əsasən, Ərizəçi uşaq vaxtlarından xalası Nənəxanım Cahangirova ilə eyni ünvanda yaşamışdır. Nənəxanım Cahangirovanın vəfatından sonra da, Ərizəçi bu günədək həmin ünvanda faktiki olaraq yaşayır və həmin ünvanı yaşayış yeri kimi istifadə edir.
17. И-ИЕ seriyalı 014234 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 iyul 1958-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir.
18. AЗ seriyalı 467803 nömrəli 12 avqust 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08 avqust 1963-cü il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir.
19. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2026-cı il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1966-cı ildə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir.
20. AЗ seriyalı ******* nömrəli 03 fevral 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 yanvar 1968-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir.
21. AЗБ seriyalı 021054 nömrəli 08 yanvar 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 01 yanvar 1971-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir.
22. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2018-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X17 27 dekabr 1973-cü il tarixdə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 31 dekabr 1973-cü il tarixdə 169 nömrəli akt qeydi tərtib edilmişdir.
23. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2018-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X21 27 sentyabr 1977-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuşdur. Atası qrafasında X22, anası qrafasında X11 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 06 oktyabr 1977-ci il tarixdə 131 nömrəli akt qeydi tərtib edilmişdir.
24. Masallı rayonu X26 tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 03 saylı məktubun surətindən görünür ki, Cahangirova Nənəxanım vəfat etdikdən sonra ona aid torpaq və əmlak vergilərini bacısı oğlu Ərizəçi tərəfindən ödənilmişdir.
25. Masallı rayon İcra hakimiyyəti başçısının Təzə Alvadı kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Təzə Alvadı kənd sakini olmuş mərhumə X8 03 dekabr 2009-cu il tarixdə vəfat etdikdən sonra ona məxsus olan təsərrüfatı bacısı oğlu Ərizəçi idarə etmişdir.
26. "xxxx" ASC-nin Abonent saldosundan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində **********00175 nömrəli abonent kodunun sahibi Ərizəçidur.
27. "xxxx" ASC-nin Abonent saldosundan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində **********01180 nömrəli abonent kodunun sahibi Ərizəçidur.
28. 11 fevral 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
29. Məhkəmə iclasında müəyyən olundu ki, JN-483 A Kod 80518018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Təzə Alvadı kənd sakini – X6 Masallı rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixll 065 saylı qərarı ilə Fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı olan 0.14 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. JN 483A Kod 80518018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, ərizəçinin mərhum xalası X4 ata adı “Teyyub” kimi qeyd edilmişdir. X8 04 dekabr 2009-cu il tarixdə ölənədək nikahda olmamışdır. Nənəxanım Cahangirovanın atalığı müəyyən olunmamış, anası X32 isə 24 yanvar 1991-ci il tarixdə ölmüşdür. Nənəxanım Cahangirovanın bacısı, ərizəçinin anası X11 27 noyabr 2018-ci il tarixdə ölmüşdür. Nənəxanım Cahangirovanın birinci və ikinci dərəcəli vərəsələri yoxdur, Ərizəçi üçüncü dərəcəli vərəsədir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
31. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmə baxışının hədləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
34. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi mərhum xalası X4 ata adı “Teyib”dir. Odur ki, həqiqətən də, JN 483A Kod 80518018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin mərhum xalasının ata adı səhv yazılmışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir.
35. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə xərcləri:
36. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.
Nəticə:
37. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Masallı rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixll 065 saylı qərarı ilə Fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı olan 0.14 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 483 A Kod 80518018 nömrəli şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilməlidir.
38. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
Ərizə təmin edilsin. Masallı rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixll 065 saylı qərarı ilə Fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı olan 0.14 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 483 A Kod 80518018 nömrəli şəhadətnamənin X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov