Məhkəmə qərarları › İş №2(5-148)-19/2026

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(5-148)-19/2026

06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(5-148)-19/2026 06.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1999-cu il və 13 mart 2002-ci il tarixli 62 saylı qərarı ilə JN-236 KOD 80702058 nömrəsi ilə verilmiş 4.2889 hektar torpaq sahəsi olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 08 aprel 1987-ci il tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həyat yoldaşı X3 nikah bağladıqdan sonra Həsənova soyadı verilmişdir. Neftçala Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 24 noyabr tarixli 44 saylı, 2002-ci il 13 mart tarixli 62 saylı qərarı ilə JN-236 KOD 80702058 nömrəsi ilə verilmiş 4.2889 hektar torpaq sahəsi vardır. Həmin torpağın mülkiyyətə verilməsinə dair JN-236 KOD 80702058 olan şəhadətnamədə Ərizəçi ailə üzvlərinin adı yalnış qeyd edilmişdir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair verilmiş şəhadətnamədə Ərizəçi və X4 adı düzgün qeyd olunsa da Maraqlı şəxs2 adı “X7” kimi, övladı Rəcəbova (Həsənova) Fiqumə Fərman qızının adı “X11” kimi, övladı Maraqlı şəxs4 adı “X15” olaraq yalnış qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-236 KOD ******* olan şəhadətnamədə Maraqlı şəxs2, Rəcəbova (Həsənova) Fiqumə Fərman qızının, Maraqlı şəxs4 adları səhv yazıldığı üçün çıxarış ala bilməmişdirlər. Şəhadətnamə əsasında 4.2889 hektar kənd təsərrüfatı məhsulları üçün verilmiş torpaq sahəsi birgə mülkiyyətlərindədir. Həmin pay bütün miras əmlakdan faktiki olaraq istifadə edirlər. Neftçala rayonu Kürqarabucaq kəndində yerləşən 4.2889 hektar torpaq sahəsinin çıxarışının alınması üçün müraciətləri olsa da bugünə kimi verilmir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin yalnışlığın aradan qaldırılması ilə bağlı müraciət etmişdir, müraciəti əsasında ərizəçiyə imtina verilmişdir. İmtina barədə bildirişdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi bildirir ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 24 noyabr tarixli 44 saylı, 2002-ci il 13 mart tarixli 62 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-236 KOD 80702058 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində Maraqlı şəxs2 “X7” kimi, “Rəcəbova (Həsənova) Fiqumə Fərman qızının “X15” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0236 nömrəli (kod ********) dövlət aktından müəyyən edilir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 44 saylı və xx.xx.2002-ci il tarixli 62 saylı qərarı ilə 4.2889 ha ölçüdə torpaq sahəsi Ərizəçi, X1, X5, X8 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Ərizəçi ünvanladığı müraciətə cavab məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 44 saylı və xx.xx.2002-ci il tarixli 62 saylı qərarına əsasən JN-236 nömrəli (kod 8002058) “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində Maraqlı şəxs2 adı “X7” kimi, Rəcəbova (Həsənova) Fiqumə Fərman qızının adı “X11” kimi, Maraqlı şəxs4 adı “X15” kimi səhv qeyd edilməsi barədə hüquqmüəyyənedici sənəd tərəfinizdən təqdim edilməmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X12 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs2 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Neftçala rayonu, Kürqarabucaq kəndində anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Maraqlı şəxs4 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan JQ 464759 nömrəli xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Maraqlı şəxs4 xx.xx.1989-cu il tarixdə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur.Atası Ərizəçi, anası Maraqlı şəxs2dır. İş materiallarında olan JQ 335416 nömrəli xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X13 xx.xx.1963-cü il tarixdə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olmuşdur. İş materiallarında olan Neftçala rayon Aşağı Qaramanlı kənd İƏDN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 686 nömrəli arayışdan görünür ki, Həsənov X10 rayonu, Kürqarabucaq kəndində yaşayır. İş materiallarında olan Neftçala rayon Aşağı Qaramanlı kənd İƏDN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 684 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2, Həsənova (Rəcəbova) Fiqumə Fərman qızı və Maraqlı şəxs4 adları texniki səhv olaraq X7, X11 və X2 göstərilmişdir. İş materiallarında olan Neftçala rayon Bankə qəsəbəsi İƏDN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 784 nömrəli arayışdan görünür ki, Həsənov X10 rayonu, Bankə qəsəbəsində yaşayır. İş materiallarında olan Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 və X14 xx.xx.2006-cı il tarixdə nikah bağlamışlar. Bundan sonra ərə “Rəcəbov” arvada “Rəcəbova” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” 24 noyabr 1999-cu il və 13 mart 2002-ci il tarixli 62 saylı qərarı ilə JN-236 KOD 80702058 nömrəli dövlət aktının Ərizəçi, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs4 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-236 nömrəli (kod ********) Ərizəçi, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs4 məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-236 nömrəli (kod ********) şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2, X6, Maraqlı şəxs4 və X9 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar