Məhkəmə qərarları › İş №2(5-151)-124/2026

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-151)-124/2026

26.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(5-151)-124/2026 26.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 392139 nömrəli AKT əsasında hesablanmış 943.33 AZN cərimə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ərizədə göstərdiyi ünvanda qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış evi **********00124 saylı kodla X2 abonent olaraq onun adına qeydiyyatdadır. xx.xx.2025-ci il tarixlərdə təchizat müəssisəsi işçiləri evinə gələrək güya onun sayğacında "kənar xətt vasitəsi ilə X1ni görmüşlər və bu barədə akt tərtib etmişlər. Bildirir ki, həmin əraziyə nəzarət edən mühəndislər vardır ki, kənar xətt olsaydı bu neçə ildə onlar bu barədə ona və ya evdə yaşayan digər ailə üzvlərinə məlumat vermiş olardılar və yaxud bu barədə hansısa iradlarını onlara bildirərdilər. Lakin, təchizat müəssisəsi ümumən iştirakları olmadan sayğaca və ya xəttə baxış keçirmiş və akt tərtib etmişlər. O, şəxsən bu məsələnin araşdırılması məqsədi ilə "xxxx" ASC-nin Sabirabad rayonunda yerləşən filialında əməkdaşlarla görüş keçirmişdir. Onlardan heç biri həqiqətən də onlara məxsus yaşayış evində kənar xəttlə istifadə faktının olmasını sübut edə bilməmişlər. Hesab edir ki, hazırkı akt qanun pozuntusu əsasında tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahtını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 392139№-li AKTdan, Texniki sahələr üzrə Tələblər və abunə haqqında arayışdan görünür ki, istehlakçı İddiaçı məxsus Sabirabad rayonu, Yaxadəllək kəndində yerləşən evdə elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xəttdən istifadə etməsi səbəb kimi qeyd edilərək xx.xx.2025-ci il tarixli 392139 nömrəli AKT tərtib edilmiş və həmin AKT əsasında sayğacdan kənar xəttdən istifadə edilməsinə görə 943.33 AZN borc hesablanmışdır. X1 Qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü 1 (bir) aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda istinad olunan normativ aktlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC tərəfindən tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli 392139 nömrəli AKT əsasında elektrik enerjisinin uçotunun pozulduğu dövr üzrə elektrik enerjisinin itkisinə görə hesablanmış 943.33 AZN borc məbləği azaldılaraq 94.33 AZN məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz deyil, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayonu, Yaxadəllək kəndində yerləşən evində X1 qaydalarının pozulmasına dair "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 392139№-li AKTı əsasında hesablanmış 943.33 AZN borc məbləği azaldılaraq 94.33 AZN müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar