Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(5-151)-348/2026 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə iddia ərizəsinə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı Ağabikə Hüseynovanın adına tərtib edilmiş aktı mübahisələndirməklə, həmin şəxsin mərhum anası olmasını göstərmiş, Ağabikə Hüseynovanın ölüm haqqında şəhadətnaməsini iddia ərizəsinə əlavə etmiş olsa da, həmin şəxsin onun anası olması barədə hər hansı sənədi, həmçinin həmin şəxsin vərəsəsi olması barədə hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmış olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(5-151)-348/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-151)-348/2026
12.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver