Məhkəmə qərarları › İş №2(5-151)-576/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-151)-576/2026

16.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(5-151)-576/2026 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı “aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsı ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsası ilə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilə iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə və iddia ərizəsinə vizual baxış keçirilərkən iddia ərizəsindəki imza ilə şəxsiyyət vəsiqəsindəki imzaların birbirindən əhəmiyyətli dərəcədə fərqləndiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar