Məhkəmə qərarları › İş №2(5-155)-1223/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(5-155)-1223/2026

06.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(5-155)-1223/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi ilə, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsini və əlavə olunmuş sənədlərin icraata qəbul edilməsinin mümkünlüyünü açıq məhkəmə iclasında araşdıraraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X8 Qəsəbəsi, Dəmir yol Stansiyası, ev 2, mənzil 2 ünvanında qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinin həll edilməsi üçün zəruri hesab etdiyindən tərəflərin iştirakı ilə bu məsələyə baxılması qənaətinə gələrək məhkəmə iclası təyin etmiş, ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qanunvericiliyin tələbləri baxımından ərizənin mümkünlük məsələsini onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə təmin edilmiş, 04 yanvar 1996-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 11 may 2022-ci il tarixli 234 nömrəli sərəncamı ilə vətəndaş X3 məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab edilmiş X4 qəyyumu təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 14 fevral 2026-cı il tarixli, AZ-İİ № 551272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, qəyyum təyin edilmiş X3 xx.xx.2026-cı il tarixdə ölmüşdür. Ərizəçi X2 ərizənin xahiş edirəm hissəsində X4 “fəaliyyət qabiliyyətli olmayan elan edilməsi barədə” qətnamə çıxarılmasını xahiş etsə də ərizənin məzmununda X4 fəaliyyət qabiliyyətli olmayan elan edilməsi və ərizəçi X1 qardaşına qəyyum təyin edilməsini xahiş etmişdir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-451/2022 saylı qətnaməsi qüvvədə olduğu üçün həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməlidir. Digər məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 35.1-ci maddəsində göstərilmişdir ki, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Odur ki, ərizəçiyə həmin hissə ilə bağlı ilkin olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan əlavə, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, məhkəmə tərəfindən artıq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş qardaşı xx.xx.1996-cı il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim: Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar