Məhkəmə qərarları › İş №2(5-155)-262/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-262/2026

05.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-262/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Xızı Regional Təhsil İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə haqqın ödənilməsi və maddi-mənəvi ziyan tələbinə dair iş üzrə (açar sözlər: işə bərpa) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdehin direktoru Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdehə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Xızı Regional Təhsil İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə haqqın ödənilməsi və maddi-mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin 26.11.2*25-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqı, habelə əmək haqqından Həmkarlar İttifiaqı Komitəsinə qanunsuz olaraq köçürülmüş 26** (iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, qanunsuz işdən azad edilmə nəticəsində ona dəymiş mənəvi zərərə görə cavabdehdən 1*** (min) manat məbləğində kompensasiya tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbi tərəfindən 26.11.2*25-ci il tarixli əmək müqaviləsinə ləğv edilməsi barədə 3** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Əmək kitabçası həmin tarixdə ona təqdim olunmuşdur. 3** nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün konkret hüquqi və faktiki əsaslar göstərilməmiş, yalnız maddəyə istinad edilmişdir ki, bu da Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinin pozulmasıdır. Qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinə 26.11.2*25ci il tarixli, 3** nömrəli əmrlə xitam verildiyi gün və həmin tarixdən dərhal sonra tutduğu vəzifə boş qaldığı halda, cavabdeh tərəfindən başqa bir şəxs eyni vəzifəyə işə qəbul edilmişdir. Bu hal əmək müqaviləsinə xitam verilməsinin real və qanuni əsasının olmadığını, eləcə də işdən azad edilmənin formal xarakter daşıdığını, Əmək Məcəlləsinin 68 və 7*-ci maddələrinin tələblərinin pozulduğunu təsdiq edir. Əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır. Qeyd edilməlidir ki, müəssisədə əmrlər kitabına baxış zamanı 65 yaşdan yuxarı şəxslərin işlədiyi halda, 65 yaşdan aşağı işçilərin işdən azad edildiyi, onların yerinə daha yaşlı şəxslərin işə qəbul edildiyi müəyyən edilmişdir. Bu hal əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır. Müəssisədə yaşı 65-dən yuxarı şəxslərin saxlanıldığı halda, yaşı 65-dən aşağı işçilərin işdən azad edilməsi əmək münasibətlərində ayrı-seçkiliyə yol verildiyini göslorir. Bundan əlavə, onun razılığı və imzası olmadan, əmək haqqından 1 % Həmkarlar İttifaqı Komitəsinə tutulmuş, ümumilikdə 26** manat məbləğində və vəsait qanunsuz olaraq köçürülmüşdür. Bu məbləğ ona geri qaytarılmalıdır. Qanunsuz olaraq işdən azad edilməyi nəticəsində maddi vəziyyəti kəskin şəkildə pisləşmişdir. Heç bir daimi gəlirə malik deyil. Onun himayəsində olan, yaşlı və səhhətində ciddi problemlər olan anası mövcuddur, ona faktiki olaraq yalnız o qulluq edir. Daimi gəlir mənbəyinin itirilməsi ailəsinin sosial vəziyyətinə ağır təsir göstərmişdir. Yaranmış vəziyyət ona ciddi psixoloji sarsıntı, mənəvi gərginlik və ailə daxili problemlər yaratmışdır ki, bu da mənəvi zərərin mövcudluğunu təsdiq edir.

b) iddiaya etiraz

3. Cavabdeh iddiaya etiraz və yazılı izahat təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə 2(5-155)-262/2*26 saylı mülki iş hal-hazırda məhkəmənin icraatındadır. Aşağıda qeyd olunanlara əsasən İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir: 1. İddiaçı Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbində gözətçi vəzifəsində çalışmışdır. 2. F.Əİisoltanov 26.11.2*25ci il tarixdə məktəb rəhbərliyinə ərizə ilə müraciət edərək, həmin tarixdən əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. 3. Məktəbin 26.11.2*25ci il tarixli, 3** nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə «AR ƏM-nin 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən 26.11.2*25-ci il tarixdən xitam verilmişdir. Belə olan halda, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məktəb tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Əmək Məcəlləsinin “İşəgötürənin əsas hüquqları” adlanan 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüququdur (1-ci hissə, “b” bəndi). Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair 3*.*7.2*21ci il tarixli qərarı). İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasınm dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə zərurət yoxdur. Göründüyü kimi, iddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi və manupilyasiya xarakterli sözlərlə əsaslandırmağa çalışmışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2**6-cı il 31 yanvar tarixli Qərarında göstərilmişdir ki: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir çox qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" 2*16-cı il 23 fevral tarixli Qərar). Beləliklə, yuxarıda qeyd olunanları və qanunvericiliyin sadalanan maddi və prosessual hüquq normalarını rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş edir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, öz işinə bərpa olmaq istəyir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, işdən azad olunmağı ilə bağlı ərizəni özü imzalamışdır. Latın əlifbasını çox yaxşı bilmədiyindən ərizənin yazılmasında ona işçilər kömək etmişdir. O, ərizəni oxuyub daha sonra imzalamışdır. Ərizədəki imza ona məxsusdur. Hazırda iş tapmaq çətin olduğu üçün o, yenidən öz işinə bərpa olmaq istəyir. Ərizə yazmaqla səhv etmişdir. Məhkəməyə müraciət etmək üçün ona başqa şəxs köməklik göstərmişdir. Həmin şəxs ona bildirmişdir ki, o, cavabdehdən mənəvi ziyan tələb edə bilər. Maddi-mənəvi ziyanı maddi imkanının aşağı olmaqla, pula ehtiyacının olması ilə əlaqələndirir. Məktəb direktoru çox yaxşı adamdır, ondan narazılığı yoxdur. Ona ərizə yazılarkən heç bir hədə-qorxu, təsir olmamışdır. İşçilər də hamısı xoş davranmışdır. Belə alınıb, günah onda olmuşdur. Anlaşılmazlıq olmuşdur. Hazırda işləmək lazımdır. Bu işi də sevir. Anası da ağlayır, onun işə qayıtmasını istəyir. Anasının səhhəti yaxşı deyil. Özünün 61 yaşı var, ağır işlərdə çalışa bilmir. Məşğulluğa da müraciət etmişdir. Lakin iş tapmaq çətindir. Həmkarlar ittifaqına ödənilmiş məbləğə münasibətdə qeyd etdi ki, dolanışıq üçün pul lazımdır. Anası pensiya alır. Həmin məbləğ onların saxlanılmasına kifayət etmir. Mənəvi ziyanı onunla əsaslandırır ki, kompensasiya olsa yaxşı olardı. Banka borcu var. Tez-tez onu yığırlar. Bilmir ki, hardan borc götürüb məbləği ödəsin. İstənilən işi görməyə hazırdır. Əsas odur iş olsun. Ərizəni təsadüfən imzalamışdır. Sonradan mahiyyəti anlamış, həmin vaxt da artıq gec olmuşdur. Çox peşmandır. Ərizə yazmağa anası ilə ona görə getmişdir ki, anası onu tək qoymaq istəməmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh direktoru Nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı anası ilə birgə yaxınlaşmış, ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin gün son haqq-hesab ödənilmiş, əmək kitabçası verilmişdir. İddiaçı öz iradəsi ilə işdən çıxmaq istəmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. İddianın təmin edilməsinə etiraz edir. Onu da bildirir ki, iddiaçı Həmkarlar ittifaqına öz təşəbbüsü ilə üzv olmuş, aylıq olaraq əmək haqqından tutmalar edilmişdir. Həmkarlar İttifaqı müstəqil qurumdur. İddiaçının hər hansı tələbi varsa, onlara yönəlməlidir. Həmin ödənişlərin müəssisəyə aidiyyəti yoxdur. Mənəvi ziyana gəldikdə onların hər hansı pozuntusu yoxdur ki, qarşı tərəf mənəvi zərərə uğrasın. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra yeni işçi tələbatı ilə bağlı müraciət etmişdir. *1.12.2*25-ci ildə məşğulluq idarəsindən yeni işçi göndərilmişdir. Həmin şəxslə əmək müqaviləsi bağlanmışdır. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ərizə ilə müraciət edərək, əmək müqaviləsinə 26.11.2*25-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. Həmin tarixdə işdən azad edilməsi barədə əmr verilmiş, son haqq-hesab, əmək kitabçası iddiaçıya verilmişdir. İdarənin əsasnaməsinə əsasən əmr qanunsuz olduğu təqdirdə onun ləğvi ilə bağlı göstəriş vermək səlahiyyətləri vardır. Lakin iddiaçının işdən azad olunması ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Təhsil müəssisələrinin bütün işçiləri öz ərizələri əsasında həmkarlar təşkilatına üzv olurlar. Bunun əsasında da onların əmək haqqından hər ay həmin qurumun xeyrinə pul tutulur. Üzvlük özündə bəzi imtiyazları və xidmətləri ehtiva edir. İddiaçı əgər həmin xidmətlərdən il ərzində yararlanmayıbsa, özü məsuliyyət daşıyır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. ИТ-İ seriyalı 241*763 nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 17.1*.2*22-ci il tarixli, 346 nömrəli əmrlə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinə gözətçi vəzifəsinə işə qəbul edilmişdir.

9. İddiaçı ilə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinin direktoru arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbinə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. 1*. 26.11.2*25-ci il tarixli ərizədən görünür ki, İddiaçı 26.11.2*25-ci il tarixdən öz xahişi ilə həmin tarixdən işdən azad edilməsi üçün Cavabdehin direktoru Nümayəndə1 müraciət etmişdir.

11. Cavabdehin direktoru tərəfindən verilmiş 26.11.2*25-ci il tarixli, 3** nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - məktəbin gözətçisi ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndiə əsasən 26 noyabr 2*25-ci il tarixdən xitam verilmiş və sonuncu haqq-hesab ödənilmişdir.

12. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26.12.2*25-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 5* manat mediasiya xərci və 1* manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

13. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil İdarəsinin 11.*2.2*26-cı il tarixli, 3-29-36/2-236/2*26 nömrəli məktubundan görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı İdarənin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbində gözətçi vəzifəsində çalışmışdır. O, 26.11.2*25-cı il tarixdə məktəb rəhbərliyinə ərizə ilə müraciət edərək, həmin tarixdən əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. Məktəbin 26.11.2*25-ci il tarixli, 3** nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə «AR ƏM-nin 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü» məddəsinə əsasən 26.11.2*25-ci il tarixindən xitam verilmişdir. b) tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68.

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində gцstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilə.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. Maddə 83.

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 175.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; Maddə 29*.

3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Maddə 3**.

1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

16. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu”nun 24.12.2*25-ci il tarixli, 2* №li Qərarı: “… 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. 3.2.4. Belə ki, Əmək Məcəlləsinin 195-ci maddəsinin “e” və “ə” bəndləri, 285-ci maddəsinin 2-ci hissəsi, habelə 29*-cı maddəsinin 3-cü hissəsinin qeydində sadalanan hüquqazidd əməllər əmək münasibətləri prosesində işəgötürən tərəfindən işçiyə mənəvi ziyanın vurulması əsası kimi birbaşa göstərilmişdir. 3.2.5. Əmək Məcəlləsinin 29*-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir. 3.2.6. Bununla belə qeyd olunmalıdır ki, əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər. Məsələn, Əmək Məcəlləsinin 189-cu maddəsinin 4cü hissəsi və 195-ci maddəsinin “c” və “g” bəndlərində nəzərdə tutulmuş əməllər, habelə işçinin şəxsi və ailə sirri təşkil edən məlumatların kollektivdə yayılması onun müvafiq olaraq şərəf və ləyaqət, sağlamlıq və şəxsi toxunulmazlıqla bağlı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğundan, mənəvi zərərin yaranması əsasını təşkil edəcəkdir.”

c) məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.

19. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı öz ərizəsi ilə əmək müqaviləsinin ləğvini xahiş etmiş, ərizədə müqavilənin ləğv edilməsi tarixi kimi 26.11.2*25-ci il göstərilmiş, həmin tarixli əmrlə də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. 2*. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi hallarından fərqli olaraq, hazırkı iş üzrə də olduğu kimi müqavilənin işçinin öz təşəbbüsü ilə ləğv edilməsi hallarında məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin pozulub-pozulmaması yalnız məhdud sferada (əmək müqaviləsinin ləğvi barədə əmrin rəsmiləşdirmə qaydaları və s.) araşdırılır.

21. Bu ondan irəli gəlir ki, əmək münasibətlərinə daxil olan zaman, eyni ilə də əmək münasibətlərinin sonlandırılmasında işçinin iradə sərbəstliyi var. Əmək münasibətlərinin davam etdirilməsi işçinin öz iradəsinə bağlıdır və qanunla müəyyən edilmiş şərtlər istisna olmaqla, heç kəs iradəsi əleyhinə işi davam etdirməyə məcbur edilə bilməz.

22. Odur ki, bu kateqoriya mübahisələrdə araşdırılmalı olan məsələ əmək müqaviləsinin ləğvi yönündə işçinin əsl, həqiqi iradə ifadəsinin, müqavilənin ləğv edilməsi barədə ərizənin yazılmasında kənar təsirlərinin olub-olmamasıdır.

23. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

24. Hazırkı işin halları baxımından da, iddiaçı tərəfin dəlilləri ondan ibarətdir ki, iddiaçı könüllü olaraq ərizə yazmış, lakin hazırda iş tapa bilmir, ərizə yazmaqla səhv etmişdir və peşmandır.

25. Yəni, görünən odur ki, iddiaçı ərizə yazarkən işdən çıxmaq barədə ərizə yazdığını bilmiş, bu barədə məlumatlı olmuş, könüllü şəkildə ərizəni təqdim etmişdir. İddiaçı özü də ərizə yazarkən ona heç bir təzyiq və ya hədə olmadığını bildirmişdir. Əvvəlcə, ərizəni oxuyub imzaladığını, daha sonra latın qrafikasını o qədər də yaxşı bilmədiyini bildirsə də, bu hal da məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizəsini latın qrafikası ilə özü yazmışdır. Bundan başqa işçinin işdən çıxma barədə müraciət etmək üçün ailə üzvü (anası) ilə birlikdə getməsi işin mübahisəsiz halıdır. İddiaçı bu halı anasının onu tək buraxmaq istəməməsi ilə əlaqələndirsə də, sabit gündəlik həyat ritmi fonunda iddiaçının hər gün tək getdiyi işə məhz ərizəni təqdim etdiyi gün ailə üzvü ilə birlikdə getməsi bir daha təsdiq edir ki, işçinin həmin gün niyyəti işdən azad edilməsini tələb etmək olmuşdur. İddiaçının işdən azad edildikdən sonra özünə uyğun iş tapa bilməməsi, ərizəni imzalamaqdan peşman olması hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

26. Məhkəmə bir daha qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində məhz işçi çıxış edir. Sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir.

27. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir, işəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir.

28. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin maddədə göstərilən hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallar mövcud olduqda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

29. Hazırkı işdən müəyyən olunur ki, işçi olan iddiaçı işəgötürənə ərizə verərkən, öz xahişi ilə 26 noyabr 2*25-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş və işəgötürən də məhz həmin tarixdə əmri rəsmiləşdirmişdir. 3*. Məhkəmə qeyd edir, volenti non fit injuria (öz razılığı ilə hərəkət edən şəxsə zərər dəyməz) prinsipinə əsasən, iddiaçı şəxsən və şüurlu şəkildə işdən azad olunma barədə ərizə yazmaqla əmək münasibətlərinə xitam verilməsi prosesini başlatmışdır. İddiaçı öz izahatında ona son haqq-hesab ödənildiyini etiraf etmişdir. Bu fakt tərəflər arasında əmək münasibətlərinin xitamı barədə faktiki bir razılaşmanın mövcudluğunu və tərəflərin bu xitamın maliyyə nəticələrini qəbul etdiyini göstərir. Son haqq-hesabın qəbul edilməsi faktı da öz-özlüyündə subyektiv olaraq işdən azad olunma iradəsinin təsdiqi kimi qiymətləndirilməlidir.

31. Odur ki, məhkəmə hesab edir ki, əmrin ləğvi barədə iddia tələbi öz təsdiqini tapmadığından bu hissədə, eyni zamanda bu tələbdən doğan digər əlaqəli tələblərlə bağlı, yəni işə bərpa və məcburi işburaxmaya görə haqqın ödənilməsi ilə bağlı hissələrdə də iddia rədd edilməlidir.

32. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddia digər hissələrdə sübut olunmadığından cavabdehdən mənəvi ziyanın tutulması tələbi də əsaslı hesab edilə bilməz.

33. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi əmək haqqından Həmkarlar İttifiaqı Komitəsinə qanunsuz olaraq köçürülmüş 26** (iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsassız olduğundan təmin edilməməlidir.

34. Belə ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 192*-ci il iyunun 9-da Azərbaycan X1 İttifaqı adı ilə təsis olunmuş, 199*-cı ildən etibarən Azərbaycan Təhsil İşçiləri X4 (ATİAHİ) adını almış və 2*25-ci ilin iyul ayından etibarən ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq dəyişdirilmişdir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olaraq təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən iş yeri, peşə, ərazi, sahə üzrə yaradılmış ümumrespublika birliyidir.

35. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının nizamnaməsinin 6.1 və 6.2-ci bəndlərinə əsasən mülkiyyət formasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində, təşkilatlarda işləyən və təhsil alan, habelə həmin sahədə işləyib pensiyaya çıxan, bu Nizamnaməni qəbul edən, ilk həmkarlar ittifaqı təşkilatının işində iştirak edən və üzvlük haqqı ödəyən hər bir şəxs həmkarlar ittifaqının üzvü ola bilər. Üzvlüyə qəbul və xaric olunma fərdi qaydada, könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqı təşkilatı tərəfindən həyata keçirilir.

36. İddiaçı işə qəbul edilərkən digər təhsil işçiləri kimi həmin ittifaqa üzv olmuş, ona üzvlük bileti verilmiş, əmək haqqından hər ay mühasibatlıq vasitəsi ilə üzvlük haqqı köçürülmüşdür. İddiaçı ərizəsində razılığı olmadan ittifaqa üzv olduğunu bildirsə də, məhkəmə iclasında bu halları təsdiq etməmiş, indiyədək köçürülmüş pulları dolanışıq üçün istədiyini bildirmişdir.

37. Əvvəla, iddiaçı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabına köçürülmüş məbləğin 26** manat olmasını təsdiq edən hər hansı sənəd işə əlavə etməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsi üzrə aylıq əmək haqqı 499.2 manat olmuşdur. Həmin məbləğdən iddiaçının işlədiyi 17.1*.2*22-26.11.2*25-ci il tarixlərdə 1 faizi məbləğində tutma olmasını nəzərə alsaq, aylıq tutma məbləği 4.99 manat (499.2 X 1% = 4.99), cəmi 179.64 manat (4.99 X 12 ay X 3 il) tutulma ola bilərdi.

38. Bundan başqa iddiaçı Həmkarlar İttifaqı Komitəsinə məcburi şəkildə, yəni işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə üzv olması, həmçinin üzvlükdən çıxmaq istəməsi barədə aidiyyəti qurumlara müraciət etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

39. Həmçinin, Cavabdeh həmin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabına köçürülmüş ödənişin qaytarılması hissəsində subyektiv cavabdeh deyildir və ona qarşı iddia tələbi təmin edilməməlidir. 4*. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

42. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

43. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 1*6.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

44. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2*16-cı il 23 fevral tarixli Qərar).

45. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı iddia tələbləri üzrə istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmiş, yəni sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xızı Regional Təhsil İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə haqqın ödənilməsi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə hissəsi:

47. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-22*, 227, 233, 358, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Xızı Regional Təhsil İdarəsi olmaqla əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə haqqın ödənilməsi və maddi-mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar