Məhkəmə qərarları › İş №2(5-155)-301/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-301/2026

05.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-301/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7/A (yeni), 42 nömrəli mənzildə istehlak olunan elektrik enerjisinə görə abunə kodu **********01755 olan sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yaranmış 3463,70 (üç min dörd yüz altmış üç manat yetmiş qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7/A (yeni), 42 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, həmin mənzil xx.xx.2011-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MA seriyalı, ******* nömrə ilə Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən 138 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydə alınaraq ona çıxarış verilmişdir. Bir müddət orada Qubadlı rayonundan məcburi köçkünlər məskunlaşdığına görə onlar həmin evdə yaşaya bilməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3491/2023 nömrəli qətnaməsi ilə həmin mənzildə məskunlaşmış məcburi köçkünlərin çıxarılması barədə qərar qəbul ediləndən sonra, məhkəmənin məlum qətnaməsinə əsasən həmin mənzil Sumqayıt şəhər 10 saylı MKS-nin əməkdaşları tərəfindən onlara təhvil verilərkən X2yə dair sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" sayğac kodu **********01755 üzrə xx.xx.2015-ci il tarixdən 15.112025ci il tarixədək 3463,70 (üç min dörd yüz altmış üç manat, yetmiş qəpik) borc yaranmışdır. Həmin mənzildə Qubadlı rayonundan məcburi köçkün X3 məskunlaşmış və mövcud qanunvericiliyin tələbinə görə məcburi köçkünlərə kommunal xərclər dövlət tərəfindən ödənilməli idi. Lakin nədənsə qeyd olunan dövr ərzində X2yə görə 3463,70 manat borc yaranmışdır. Bir daha qeyd edir ki, həmin mənzil onun xüsusi mülkiyyətində olsa da, qeyd olunan elektrik enerjisinin istehlakçısı o olmamışdır. Göründüyü kimi qeyd olunan mənzilə yaşamadığına və elektrik enerjisinin istehlakçısı olmadığına görə, həmin borcun onun tərəfindən ödənilməsi əsassızdır. Göründüyü kimi, mülkiyyətində olan mənzildə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə olunan elektrik enerjisinə görə 3463,70 (üç min dörd yüz altmış üç manat yetmiş qəpik) manat borc yaranmışdır. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Telefon vasitəsi ilə əlaqə saxlanılaraq yaxın qohumunun vəfatı ilə əlaqədar iddiaçı məhkəmə iclasında iştirak edə bilməcəyini bildirmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. 18 fevral 2026-cı il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı Dadaş qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. 18 fevral 2026-cı il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb olunmur. Lakin mənzilin alqı-satqısı və sayğacın addan-ada keçirilməsi zamanı həmin borcun silinməsi lazımdır. İddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

7. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********01755 olan abonetin X2yə görə xx.xx.2016-cı il tarixə 3463,76 manat məbləğində məcburi köçkün borcu vardır.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cəlilov Pərviz Məhəmməd oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər İddiaçı, Cəlilzadə Məhəmməd Pərviz oğlu, X1, X6, X13, X14, X9, X16 və X17 oğludur.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda xx.xx.2011-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyatda alınmışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3491/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdehlər X4, X7, X5 və Mehralıyeva (Haqverdiyeva) Zülfiyyə Səxavət qızının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilindən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 12ci mikrorayon, ev 7A ünvanında yerləşən 42 saylı mənzilə köçürülməsi qət edilmişdir.

11. 27.11.2025-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-3491/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında mənzil İddiaçı təhvil verilən zaman "xxxx" sayğac kodu **********01755 olan sayğacda borc məbləği 3463,70 manat olduğu müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

12. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”: 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X2 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. 8.9-cu bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın:

-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, abonent kodu **********01755 olan ünvanda X2yə görə xx.xx.2016-cı il tarixə 3463,76 manat məbləğində məcburi köçkün borcu vardır.

19. Məhkəmə hesab edir ki, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından iddia təmin edilməli, iddiaçıya hesablanmış 3463,76 manat məbləğində borc silinməlidir.

20. Belə ki, məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi tələb edilməyən borc məbləğinin iddiaçının istifadəsində olan mənzildə abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı istifadəsində olan ünvan üzrə X2yə görə əsassız hesablanmış 3463 (üç min dörd yüz altmış üç) manat, 76 (yetmiş altı) qəpik məcburi köçkün borcu cavabdeh "xxxx" ASC tərəfindən **********01755 saylı abunə hesabından silinməlidir.

22. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan ünvan üzrə X2yə görə əsassız hesablanmış 3463 (üç min dörd yüz altmış üç) manat, 76 (yetmiş altı) qəpik məcburi köçkün borcu **********01755 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 54 (əlli dörd) manat, 63 (altmış üç) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar