Məhkəmə qərarları › İş №2(5-155)-5/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-5/2026

10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(5-155)-5/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi Həsənov İlqar Hüseyn oğlunun iştirakı ilə, Ərizəçi Həsənov İlqar Hüseyn oğlunun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi Həsənov İlqar Hüseyn oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı ## ###### 1976-cı il tarixli, **/*** №-li orderin X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum anası X6 ## #### 2023-cü il tarixində dünyasını dəyişmiş, bununla bağlı ərizəçiyə * saylı Sumqayıt "ASAN” Xidmət Mərkəzi tərəfindən ölüm taqqında şəhadətnamə verilmişdir. Ərizəçinin mərhum anası sağlığında ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı ona ## ###### 1976-cı il tarixli, **/*** №-li order təqdim edilmişdir. Həmin orderdə onun ata adı səhvən Niftulla kimi qeyd edilmişdir. Ərizəçinin anası dünyasını dəyişdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı ərizəçi çıxarış almaq istəmişdir. Buradan ona arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sənəddə olan uyğunsuzluq səbəbindən arayış təqdim olunmaqdan imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Həsənov İlqar Hüseyn oğlu ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X6 onun anasıdır. Onun atasının adı Niftulla deyil, Niftalı olmuşdur. Onun anası X6 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı ## ###### 1975-ci il tarixli, **/*** №li order təqdim edilmişdir. Həmin orderdə onun ata adı səhvən Niftulla kimi qeyd edilmişdir. O, dünyasını dəyişdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzil ilə bağlı ərizəçi çıxarış almaq istəmişdir. Buradan ona arayış təqdim edilmişdir. Lakin sənəddə olan uyğunsuzluq səbəbindən arayış təqdim olunmaqdan imtina olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X6 onun anasıdır. Onun atasının adı Niftulla deyil, Niftalı olmuşdur. Lakin sənədləşmə zamanı onlara məlum olmuşdur ki, orderdə X6 ata adı səhvən Niftulla olaraq qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X6 onun anasıdır. Onun atasının adı Niftulla deyil, Niftalı olmuşdur. Lakin sənədləşmə zamanı onlara məlum olmuşdur ki, orderdə X6 ata adı səhvən Niftulla olaraq qeyd olunmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-DA-**F/*-***-**** saylı arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin iclasının ## ###### 1975-ci il tarixli, ** nömrəli protokoluna əsasən * saylı trestin ## ####### 1975-ci il tarixli ***-**/*** saylı məktubuna və Mənzil və Kommunal Xidmətlər Komissiyasının ** saylı protokoluna əsasən, yaşayış sahəsi 59,85 kvadratmetr olan ** saylı mənzil * saylı trest işçisi X16 verilməlidir. O, 1967-ci ildən işləyir və altı nəfərlik ailəsi var. - Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1975-ci il tarixli, **/*** №-li orderdən görünür ki, yaşayış sahəsi 59,85 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən mənzil * saylı trest işçisi X16 verilmişdir. Onun 6 nəfərlik ailəsi var. - AZ - II № ****** saylı, ##.##.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2023-cü il tarixdə stenokardiyanın digər formaları xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə 474 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32 ünvanında yerləşən ** saylı mənzilə dair vərəsəsi olduğunuz mərhum X7 adına dövlət reyestrindən müvafiq arayışın və texniki pasportun verilməsi ilə əlaqədar "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 sayli Sumqayıt Ərazi İdarəsinə daxil olmuş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Bildirilir ki, ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərlə ölüm haqqında şəhadətnamə arasında ad uyğunsuzluğu olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin iclasının ## ###### 1975-ci il tarixli, ** nömrəli protokoluna əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ayrılması barədə - Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1975-ci il tarixli, **/*** №-li orderdə ərizəçinin ata adı “Niftalı” olduğu halda, “Niftulla” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi order hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ## ##### 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin iclasının ## ###### 1975-ci il tarixli, ** nömrəli protokoluna əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ayrılması barədə - Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1975-ci il tarixli, **/*** №-li orderdə X9 dair qeydin X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. QƏT ETDİ : Ərizə təmin edilsin. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin iclasının ## ###### 1975-ci il tarixli, ** nömrəli protokoluna əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ayrılması barədə - Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1975-ci il tarixli, **/*** №-li orderdə X9 dair qeydin X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar