Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-7/2026 05.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB-nin Xaçmaz Rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 3127,20 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran şəhəri, Nizami küçəsində yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə güya sayğacın dəmir süzgəcinin zədəli olması və sayğacın çıxış plastmas borusunda bağlayıcı klapanın sındırılması barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli akt yazılaraq onu cəmi 3127,20 manat cərimə etmişdirlər. Hansı ki, onun sayğacı bayırda yerləşir, onun heçnədən xəbəri olmamışdır. Və əlavə olaraq hər hansı bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abonent (**********05260) hesabına hesablanmış 3127,20 manatın 2608,80 manat hissəsi silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2025-ci il tarixli, XS-17-00023/22 saylı müqavilədən görünür ki, Cavabdeh Xaçmaz Regional Qaz İdarəsi ilə İddiaçı arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 25920 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın dəmir süzgəcinin zədəli olması və sayğacın çıxış plastmas borusunda bağlayıcı klapanının sındırılması və sayğacın istismara yararsız olması aşkar edilmişdir. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə 30 mart 2023-cü il tarixli aktdan görünür ki, sayğac dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və ya istismara qəbulu haqqında aktdan görünür ki, yeni sayğac quraşdırılmışdır İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (**********05260) İddiaçı qazdan istifadə etdiyinə görə 3127,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (6.5-1.1.); əvvəlki dövrün orta gündəlik qaz sərfi (6.5-1.2.); istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası (6.5-1.3.). Həmin Qaydaların 6.5-3.-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunsa da, qazın talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Eyni zamanda cavabdeh təşkilat tərəfindən isə qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə cavabdeh təşklatın “Qazdan istifadə qaydaları”nın 6.5-3-cü bəndinə əsasən qazdan istifadə müddətinin on iki ay müddəti ilə, o cümlədən sutkanın iyirmi dörd saatı nəzərə alınmaqla itirilmiş qaz həcmini müəyyən etməsini əsaslı hesab etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının bütün qaz qurğularından günün 24 saat fasiləsiz istifadə etməsi ağlabatan və inandırıcı olmamaqla, 24 saat vaxt hesabı ilə zərər məbləğinin müəyyən edilməsi də əsassız olmuşdur. Halbuki həmin Qaydalarda istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini və “Qazdan istifadə Qaydaları”nın 6.5-3-cü bəndindin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının qaz xəttinə qoşulmaqla, cavabdeh təşkilata vurduğu zərər məbləği 90 günlük müddət üçün və sutkanın on iki saatı nəzərə alınmaqla müəyyən edilməlidir. Belə olduğu təqdirdə isə cavabdehə vurulmuş zərər məbləğinin 518,40 manat (4 m3/saat x12 saat x 90 gün = 4320 m3, 4320 x 0,12 manat =518,40 manat) olması, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış zərər məbləğinin isə 2608,80 manatının (3127,20-518,40=2608,80 manat) əsassız olması müəyyən edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3127,20 manat zərər məbləğinin 2608,80 manatı iddiaçıya məxsus **********05260 saylı abonent hesabından silinməli, 518,40 manat məbləğində borc İddiaçı abonent kodunda saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 2608,80 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46,09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3127 (üç min yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik zərər məbləğinin 2608 (iki min altı yüz səkkiz) manat 80 (səksən) qəpik iddiaçıya məxsus **********05260 saylı abonent hesabından silinsin, 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc İddiaçı abonent kodunda saxlanılsın. Cavabdehndən 46 (qırx altı) manat 9 (doqquz) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(5-156)-7/2026
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-7/2026
05.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver