Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-425/2026 09.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu Ərizəçi qəyyum təyin edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə qanunla müəyyən olunmuş dövlət rüsumunun ərizəçi tərəfindən ödənilmədiyi üçün və qəyyumun təyin edilməsi Qəyyumluq və Himayəçilik orqanına aid olduğuna görə, iş məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X2” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd olunmalıdır ki,şəxsin üzərinə qəyyum və ya himayəcinin təyin olunması Yerli İcra Hakimiyyəti yanında qəyyumluq və himayəcilik komissiyasının səlahiyyətinə aid olduğundan məhkəmənin həmin tələbə dair mülki işə baxması mümkünsüzdür. Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi qəyyum təyin edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsiylə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(5-159)-425/2026
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-425/2026
09.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver