Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-218/2026 09.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahları xx.xx.2016-cı il tarixdə 134 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması. Uşağın yaşayış yerinin müəyyənləşdirilməsi, alimentin tutulması tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Maraqlı tərəf prosesdə iştirak etmiş və aralarında xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 nömrəli barışıq sazişi bağlanaraq rəsmiləşdirilmişdir. Buna baxmayaraq Maraqlı şəxs sazişə əməl etməkdən imtina edir, razılaşdırılmış alimenti xx.xx.2025-ci ildən ona ödəmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, səhhətində ciddi problemlər olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcək. Hal-hazırda işsizdir. Ərizəçi adına olan 20.000 manatı özü ödəyir, nəzərə alınmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Maraqlı şəxs iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 nömrəli mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: tərəflər Ərizəçi və Maraqlı şəxs birbirinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 134 saylı, xx.xx.2016-cı il tarixli nikah qeydinin pozulmasına razıdırlar. Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 20dən gec olmayaraq 247 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X2 atası Maraqlı şəxs tərəfindən hər ayın bütün həftələrinin şənbə və bazar günləri, şənbə günü (6-cı gün) saat 12:00-da götürülüb, həmin günü 18:00-da və bazar günü saat 11:00-da götürülüb, həmin günü saat 15:00-da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşlər. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(032)-1448/2025 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı nikahın pozulması barədə iddiası təmin edilmişdir. Tərəflər xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları vardır. Tərəflər arasında mediasiya mərhələsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 saylı Barışıq Sazişi bağlanılmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 20-dən gec olmayaraq 247 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 18 aprel 2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə tərtib olunmuş – Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış övladları xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ayın 20-dən gec olmayaraq 247 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsi şərti barədə -xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00551 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(5-160)-218/2026
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-160)-218/2026
09.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver