Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-313/2026 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT045/2025-00583 nömrəli barışıq sazişinin alimentin tutulması hissəsinə dair bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahlarından xx.xx.2025-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan faktiki olaraq bir yerdə yaşamırlar. Aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında xx.xx.2025-ci il tarixli, MŞS/MT045/2025-00583 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə maraqlı şəxs birgə nikahdan xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat məbləğində alimenti ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin vaxtdan hal-hazıradək sazişin şərtinə əməl etməyərək alimenti ödəməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, 3 ay öncə atası onkoloji xəstəlikdən vəfat etmişdir. Atasına ağır müalicələr edilmişdir. Həmin mərhələdə xərcləri özü ödədiyinə görə maddi cəhətdən müəyyən çətinliklər yaranmışdır. Artıq bu aydan etibarən mediasiya sazişinin alimentlə bağlı şərtinə əməl edəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında nikah xx.xx.2024-cü ildə Bakı Nikah evində 1616 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra arvada “Oruclu” soyadı verilmişdir. Tərəflər xx.xx.2025-ci il tarixli, MŞS/MT-45/2025-00583 nömrəli mediasiya prosesində barışıq sazişi bağlamışlar. Sazişə əsasən: tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası Ərizəçi himayəsində qalmasına razıdırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2025-ci il təvəllüdlü X2 anasının himayəsində olduğu müddət ərzində atası Maraqlı şəxs ilə uşaq azyaşlı olduğu üçün uyğun vaxtlarda istənilən vaxt ünsiyyətdə ola bilər. Bunun üçün lazımi şəraiti tərəflər yaradacaqlarını öhdəlik götürmüşlər. Tərəflər xx.xx.2025-ci il tarixdən etibarən birgə nikah dövründə anadan olmuç xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində olmaqla alimenti hər ayın 30-dək Ərizəçi şəxsi kart hesabına köçürtməyi Maraqlı şəxs öz öhdəliyinə götürmüşdür. Tərəflər xx.xx.2024-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları vardır. Tərəflər arasında mediasiya mərhələsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT-45/2025-00583 saylı Barışıq Sazişi bağlanılmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın 30-dək Ərizəçi şəxsi kart hesabına köçürtməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli, MŞS/MT-45/2025-00583 saylı barışıq sazişinin aliment ödənişi hissəsinə dair bəndinin təsdiq edilməsini xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 18 noyabr 2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şirvan şəhər 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə tərtib olunmuş – Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış birgə nikahlarından anadan olmuş xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində olmaqla alimenti hər ayın 30-dək Ərizəçi şəxsi kart hesabına köçürülməsi şərti barədə -xx.xx.2025-ci il tarixli, MŞS/MT045/2025-00583 nömrəli barışıq sazişinin bəndi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(5-160)-313/2026
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-160)-313/2026
02.03.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver