Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-40/2026 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində Tərtər rayon Mediasiya təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/1-03412 nömrəli xx.xx.2022-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə rəsmi ərizə təqdim edərək borclu aliment borcunu ödədiyinə görə ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmir. Ərtizəsinə baxılmadan sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərmişdir ki, tələbkara olan aliment borcunu tam şəkildə ödədiyindən onun ərizəsinə əsasən ərizəsinə mahiyyəti üzrə baxılmadan ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına heç bir etirazı yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Ərizəçi ərizəsindən aydın olur ki, borclu aliment borcunu ödədiyinə görə ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmir. Ərtizəsinə baxılmadan sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(5-162)-40/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-40/2026
02.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver