Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(5-162)-62/2026 23.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərmişdir ki, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1996-cı ildə X2 və xx.xx.1998-ci ildə X3 adlı iki övladları olmuşdur. Aralarındakı münasibət pisləşmişdir. Bu səbəbdən nikahları pozulmuşdur. Ona və ailə üzvlərinə yaşamaq üçün ünvan 1 ünvanında, ümumi sahəsi 84,57 kv.metr, o cümlədən yaşayış sahəsi 49,04 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsi kirayə müqaviləsi əsasında verilmişdir. Həmin mənzildə yaşamaq hüququ tələbi ilə bağlı mediasiya şurasına müraciət etmiş, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və aralarında barışıq sazişi imzalamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyi üçün o, barışıq sazişinin təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən onunla Novruzov X8 ilə aralarında xx.xx.2025-ci il tarixdə MŞT/MT055 -2025-00196 ******* nömrəli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də o, üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan ərizəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş seriya AA № 435374 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Əzizova X4 rayonundan məcburi köçkün düşmüşdür. Məhkəmədə elan olunmuş mənzillə bağli verilmiş sənədin surtindən görünür ki, Tərtər rayonu ərazisində yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi-1170, bina 5, 3 otaqlı, mənzil 11 ünvanında Maraqlı şəxs, Ərizəçi, X2 və X1 adları qeyd edilmişdir. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları Bərdə regional “ASAN-xidmət” mərkəzi qeydiyyat şöbəsində pozulmuş və xx.xx.2029-cu ildə 59 sayla qeydiyyata alınmışdır. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının 24 dekabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı yaşamaq hüququ tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Tərəflər aralarında barışıq sazişi imzalamışlar. Cavabdeh, Tərtər rayon ərazisində məcburi köçkünlər üçün yeni salınmış hündür mərtəbəli yaşayış kompleksi - 1170, 1-ci blok, 4-cü mərtəbə, bina 5, mənzil 11 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsində iddiaçıya yaşayış hüququnun verilməsinə razılıq vermişdir. İddiaçıya verilən yaşayış hüququ şəxsi istifadə hüququ xarakteri daşıyır və həmin mənzilin mülkiyyət hüququna xələl gətirmir. İddiaçı yaşayış hüququndan istifadə edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mənzil Məcəlləsinin və digər müvafiq qanunvericvlik aktlarının tələblərinə riayət etməyi öhdəsinə götürmüşdür. İddiaçı yaşayış hüququndan yalnız özünün şəxsi və ailə ehtiyaclarını təmin etmək məqsədi ilə istifadə edə bilər. Bu barışıq sazişi tərəflərin qarşılıqlı razılığı ilə tərtib olunmuşdur, onların real və azad iradəsini əks etdirir və heç bir təzyiq altında imzalanmamışdır. Barışıq sazişi “Mediasiya haqqında” Qanunun 29-cu maddəsinə uyğun olaraq tərtib edilmişdir. Sazişin şərtləri tərərflər üçün məcburidir və onlar tərəfindən könüllü icvra edilməlidir. Tərəflərdən biri sazişin icrasından imtina edərsə qarşı tərəf məhkəməyə müraciət edərək sazişin təsdiqlənməsini tələb edə bilər. Bu saziş tərəflər imzaladığl gündən qüvvəyə minir. İkinci tərəf sazişin imzalandığı gündən (xx.xx.2025-ci il) birinci tərəfin yaşayış hüququnu təmin edməyə öz öhdəsinə götürmüşdür. Barışıq sazişi tərəflərin sözləri ilə yazılmış və doğruluğu öz imzaları ilə təsdiq edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatlarını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər nikahlarını qeyd etdirməklə bir yerdə yaşamışlar. Onların birgə nikahdan iki uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə onların nikahları məhkəmə qaydasında pozulmuşdur. İki uşaq böyümüş, həddi büluğa çatmışlar. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs ilə aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir və ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin, maraqlı şəxsin izahatlarını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Ərizəçi Tərtər rayon ərazisində məcburi köçkünlər üçün yeni salınmış hündür mərtəbəli yaşayış kompleksi -1170, 1-ci blok, 4-cü mərtəbə, bina 5, mənzil 11 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsində yaşayış hüququ tanınmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi Tərtər rayon ərazisində məcburi köçkünlər üçün yeni salınmış hündürmərtəbəli yaşayış kompleksi -1170, 1-ci blok, 4-cü mərtəbə, bina 5, mənzil 11 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsində yaşayış hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(5-162)-62/2026
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-162)-62/2026
23.01.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver