Məhkəmə qərarları › İş №2(5-163)-145/2026

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(5-163)-145/2026

19.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(5-163)-145/2026 19.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi İsaqlı Pərvanə Zakir qızı İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, həmin əmlakın miras əmlak sayılması, vərəsələrin paylarının verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, həmin əmlakın miras əmlak sayılması, vərəsələrin paylarıın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Böyük Qışlaq kəndində yerləşən mərhum X1 adına olan 0,35 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 36 kv.metr olan evdə mərhumun mülkiyyət hüququnun tanınması, əmlakın miras əmlak sayılması, mərhumun oğlu vərəsə İddiaçı adına həmin imras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi və yaxud vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə nəzər yetirilən zaman müəyyən edilir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Tələbin biri digərini istisna edir. Belə ki, tələb birinci hissədə əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə, digər hissədə isə vərəsəlik münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1 və 152.1.7-ci maddələrində göstərilmişdir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, həmin əmlakın miras əmlak sayılması, vərəsələrin paylarıın verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar