Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(5-169)-123/2026 17.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Məhkəmə iclas katibi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Zərdab Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı "qanunsuz tiklinin sökülməsi tələbinə" dair iddia ərizəsini 17 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Zərdab Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı Zərdab şəhəri B.Allahverdiyev küçəsində yerləşən mərhum X3 məxsus fərdi yaşayış evində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işlərinə hüquqi qiymətin verilməsini və fərdi yaşayış evinə edilmiş əlavə hissənin sökülərək ara məsafəsinin 1.62 metr olmasınına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 73.1 və 73.2-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından görünür ki, iddia ərizəsi iddiaçı Zərdab Rayon İcra Hakimiyyətinin adından verilmiş, lakin, iddia ərizəsi X4 tərəfindən imzalanmışdır. İddia ərizəsini imzalamaq üçün Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən X1 verilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Odur ki, geri qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub, Qərara aldı: İddiaçı Zərdab Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı "qanunsuz tiklinin sökülməsi tələbinə" dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(5-169)-123/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(5-169)-123/2026
17.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver