Məhkəmə qərarları › İş №2(5-88)-105/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-105/2026

04.02.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-105/2026 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, MŞN/25-Q-01351 nömrə ilə qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış 11 oktyabr 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə, 163 nömrəli qeydlə Naxçıvan şəhər Nikah evində nikaha daxil olmaqla nikahlarını rəsmiləşdirib evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. O, nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birgə nikahda yaşadıqları dövrdə xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı 2 övladları doğulmuşdur. MŞN/25-Q-01351 nömrə ilə qeydiyyatdan keçmiş mediator Orxan Abbasovun iştirakı ilə Maraqlı şəxs ilə aralarında 11 oktyabr 2025-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ataları Maraqlı şəxs aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hazırki vəziyyətdə 450 (dörd yüz əlli) manat aliment pulunun uşaqlar yetkinlik yaşına çatanadək hər ayın 25-30 arası, xx.xx.2025-ci il tarixdən başlayaraq ona məxsus müvafiq bank hesabına ödəyəcəyini öhdəsinə götürməklə aralarında razılıq əldə olunmuşdur. Maraqlı şəxs barışıq sazişində göstərilən aliment məbləğini 1 ay tamam olmasına baxmayaraq ödəmir və dəfələrlə müraciət etsə də barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etməli olduğunu bildirir. Barışıq sazişində qeyd olunan müddət keçmişdir və saziş üzrə 1 aylıq 450 (dörd yüz əlli) manat aliment borcu yaranmışdır. O, istəyir ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunsun və aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında onun əmək haqqından tutulsun. Ərizə Naxçıvan Şəhər Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizəçi 04 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət etdiyini, ərizə və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasının təmin edilməsini və ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 26 yanvar 2026-cı il tarixli, 17600 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 26 yanvar 2026-cı il tarixli, 17600 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar