Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-306/2026 06.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə mənzilə dair mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə mənzilə dair mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, X1 küçəsi, döngə 3-də yerləşən 5 saylı evin 4/6 hissəsinin paylı mülkiyyətçisi kimi tərəfindən cavabdehlərin paylarına uyğun olaraq həmin əmlakın ümumi dəyərinin 1/6 hissəsi həcmində Cavabdeh1 və 1/6 hissəsi həcmində Cavabdeh2 kompensasiya ödəməklə onların əmlaka dair mülkiyyət hüquqlarına xitam verilməsinə və Cavabdeh1 mənzildən məcburi çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(078)-518/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, M.S.Ordubadi küçəsi, döngə 3-də yerləşən 5 nömrəli evin 4/6 hissəsinə onun, 1/6 hissəsinə Cavabdeh1 və 1/6 hissəsinə isə Cavabdeh2 miras payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən ona və digər paylı mülkiyyətçi Cavabdeh2 paylarına uyğun kompensasiya verilməsinə, cavabdeh kompensasiya verməkdən imtina etdikdə mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylarına uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı ərizə təqdim edərək, ilkin iddia tələbində Cavabdeh1 qarşı iddia qaldıranda Cavabdeh2 üçüncü şəxs qismində göstərdiyini, lakin Cavabdeh2 mübahisəli əmlakda 1/6 hissə pay hüququ olduğundan Cavabdeh2 da Cavabdeh1 ilə yanaşı cavabden qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Cavabdeh2 cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(078)-518/2024 nömrəli qətnaməsi ilə Naxçıvan şəhəri M.S.Ordubadi küçəsi, döngə 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin 4/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin Cavabdeh1 və 1/6 hissəsinin Cavabdeh2 verilməsi və Naxçıvan şəhəri M.S.Ordubadi küçəsi, döngə 3-də 0.0567 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli ümumi sahəsi 74.32 kv.m olan 5 nömrəli fərdi yaşayış evinin 0,0567 ha torpaq sahəsinin hazırkı bazar qiyməti 90000 (doxsan min) manat, ümumi sahəsi 74.32 m² olan fərdi yaşayış evinin hazırkı bazar qiymətinin isə 30000,0 (otuz min) manat olmaqla daşınmaz əmlakın ümumi olaraq ilkin satış qiymətinin 120000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən olunması qət edilmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə Naxçıvan Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(078)-518/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verildiyindən iddiaçının “kompensasiya ödəməklə cavabdehlərin mənzilə dair mülkiyyət hüququna xitam verilməsi” tələbi ikinci dəfə məhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən “ASAN Ödəniş” sistemi vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə mənzilə dair mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. İddiaçı tərəfindən “ASAN Ödəniş” sistemi vasitəsilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(5-88)-306/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-306/2026
06.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver