Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(5-89)-49/2026 17.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə xx.xx.2026-ci il tarixdə Ordubad Rayon Məhkəməsinə müraciət edərək qızı xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2026-cı il tarixə, saat 12:00-təyin edilmiş Ərizəçi və maraqlı şəxs Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məktubbildiriş göndərilərək xəbərdar olunmuşlar. Ərizəçi, xx.xx.2026-cı il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etməmiş lakin məhkəməyə xx.xx.2006-cı il təvəllüdlü qızı X1 ölüm haqqında şəhadətnaməsinin surətini poçt vaistəsilə məhkəməyə təqdim etmişdir. Maraqlı şəxs qismində Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin, ərizəçinin nümayəndəsinin və maraqlı şəxs Ordubad Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan hazırılıq iclasını keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışı icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəm hesab edir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyə yol vermədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən işin məhkəmə hazırlığı zamanı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə Asan ödəniş ödəniş portalı vaistəsi ilə **********06 nömrəli qəbz ilə Ordubad Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz ) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(5-89)-49/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(5-89)-49/2026
17.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver