Məhkəmə qərarları › İş №2(5-93)-546/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-546/2026

17.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-546/2026 17.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi İddiaçı "X2" Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "X2" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı cavabdehin neft xəttinin, qaz xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X2" Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı cavabdehin neft xəttinin, qaz xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən "X2” şirkətinin (“Şirkət”) Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində yerləşən neft xəttinin, qaz xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi suratdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə hazırda baxılan tələbin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması ilə əlaqədar mülahizəsialınmış, fikir bildirilməsi ilə əlaqədar məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmışdır. Qeyd olunan məhkəmə iclasında isə Cavabdeh iştirak edərək hazırda sökülməsi tələb olunan qeyri-yaşayış obyektinin ona məxsus olmadığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını və iclasda səslənən məqamların araşdırılaraq cavabdehin düzgün göstərilməklə yenidən məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh izahatında sahibkar kimi qeydiyytdan keçməsini, lakin hazırki vəziyyətdə sxem, xəritə və şəkillərdə olan qeyri-yaşayış obyektinin ona məxsus olmamasını bildirmiş, ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki məzmunlu iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "X2" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı Cavabdehin neft xəttinin, qaz xəttinin mühafizə zolağı və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə, ona əlavə edilmiş sənədlər və 100 AZN dövlət rüsumu (xx.xx.2026-cı il, **********40) "X2" Şirkətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar