Məhkəmə qərarları › İş №2(5-93)-92/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-92/2026

16.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-92/2026 16.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 20 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə “miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 20 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə “miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

3. Belə ki, iddiaçılar iddia ərizəsində miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə çıxış etdikləri halda, onlar məhkəməyə müraciət etmədən öncə mirasın faktiki qəbulu ilə bağlı miras əmlakın yerləşdiyi yer üzrə notariat ofisinə müraciət etməmişlər. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçılar cavabdeh qismində üç şəxsi qeyd etdiyi halda, iddia ərizəsinin xahiş etdim hissəsində cavabdehlərə qarşı irəli sürdüyü tələblərin nədən ibarət olduğunu vurğulamamışlar. İddiaçılar eyni iddia tələbi ilə bundan öncə də məhkəməyə müraciət etmiş və sözügedən nöqsanlar qeyd edilməklə iddia ərizəsi geri qaytarılmışdır. Lakin, buna baxmayaraq iddiaçılar qeyd edilən nöqsanları aradan qaldırmadan eyni iddia tələbini yenidən məhkəməyə təqdim etmişlər.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

5. Məhkəmə qeyd edir ki, “miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.

6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri 20 saylı notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə “miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar