Məhkəmə qərarları › İş №2(5-94)-267/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(5-94)-267/2026

18.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-267/2026 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Fərdi yaşayış evində qazdan istifadə etdiyinə görə küçədə X1 tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. "Azəriqaz” İB-in əməkdaşları yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın növbəti dövlət yoxlamasının zamanı gəldiyi əsas gətirilərək ünvandan açılmışdır. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 216 manat borc toplanmışdır. İddiaçı hesab edir ki, "Azəriqaz"İB-in əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin abonent koduma hesablanmış 216 manat borc qanunsuzdur.

İddiaçının tələbi:

2. Azəriqaz İB-in Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz hesablanaraq **********00080 saylı abonent koduna hesablanmış 216 manat borcun silinməsi barədə sadələşdirilmiş icraat qaydasinda qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh İB-nin nümayəndəsi xx.xx.2026-cı il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh İB-yə qarşı Zaqatala RQİİ tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bildiririk ki, iddia təmin edilməməlidir. İddiaçının adına olan **********00080 saylı qaz hesabında xx.xx.2026-cı il tarixə 1112,52 manat borc mövcuddur. Bunun 896,52 manatı sayğac üzrə, 216 manatı isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmışdır və mübahisə məhz bu məbləğlə bağlıdır. Zaqatala RQİİ əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan G4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş və müdaxilə ehtimalı aşkar edilmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş, əvəzində yenisi quraşdırılmışdır. xx.xx.2021ci il tarixli aktla sayğacın mexanizminə müdaxilə izləri müəyyən edilmişdir. İddiaçının iştirakı ilə akt tərtib olunmuş, lakin o, imzalamaqdan imtina etmişdir. Hesablamaya əsasən 90 günlük müddət üçün 2160 m³ həcmində (216 manat) itirilmiş qaz müəyyən edilmişdir. “Qazdan istifadə qaydaları”na və “Qaz təchizatı haqqında” Qanuna əsasən qaz qurğularının təhlükəsiz istismarı və qorunmasına görə istehlakçı məsuliyyət daşıyır. Sayğaca qəsdən müdaxilə nəticəsində dəymiş zərər isə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə uyğun olaraq zərərvuran tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunur.

İş materiallarına əlavə edilmiş sənədlər:

4. xx.xx.2021-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var.

5. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, xx.xx.2021-ci il tarixli, ******* №-li akt əsasında dəymiş ziyanın həcmi 2160 m hesablanmışdır.

6. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci tarixli, ******* №-li akt.

7. xx.xx.2020-ci il tarixili 5066-10-20 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi

8. Azəriqaz İB tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, MSK-29\1710-03096-1 №-li akta əsasən sayğac yararsız hesab olunmuşdur.

9. Abonentin saldosundan görünür ki, qalıq və aktlar bölməsi üzrə iddiaçıya 2021-ci ilin iyul ayı üçün 216 manat məbləğində borc hesablanmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Cavabdeh İB-nin nümayəndəsi xx.xx.2026-cı il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh İB-yə qarşı Zaqatala RQİİ tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bildiririk ki, iddia təmin edilməməlidir. İddiaçının adına olan **********00080 saylı qaz hesabında xx.xx.2026-cı il tarixə 1112,52 manat borc mövcuddur. Bunun 896,52 manatı sayğac üzrə, 216 manatı isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmışdır və mübahisə məhz bu məbləğlə bağlıdır. Zaqatala RQİİ əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan G4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş və müdaxilə ehtimalı aşkar edilmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş, əvəzində yenisi quraşdırılmışdır. xx.xx.2021ci il tarixli aktla sayğacın mexanizminə müdaxilə izləri müəyyən edilmişdir. İddiaçının iştirakı ilə akt tərtib olunmuş, lakin o, imzalamaqdan imtina etmişdir. Hesablamaya əsasən 90 günlük müddət üçün 2160 m³ həcmində (216 manat) itirilmiş qaz müəyyən edilmişdir. “Qazdan istifadə qaydaları”na və “Qaz təchizatı haqqında” Qanuna əsasən qaz qurğularının təhlükəsiz istismarı və qorunmasına görə istehlakçı məsuliyyət daşıyır. Sayğaca qəsdən müdaxilə nəticəsində dəymiş zərər isə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə uyğun olaraq zərərvuran tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunur. Lakin cavabdehin verdiyi etirazda prosessual qanunvericiliyin tələbinə uyğun hallar sadalanmamış, etiraz kifayyət qədər əsaslandırılmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə etirazı əsassız hesab edərək iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin yekun qərarın çıxarılması üçün kifayət etdiyini əsas götürərək mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

19. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

20. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

21. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). xx.xx.2020-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Sayğacdan qaz keçir sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yivli birləşmələri deformasiyaya uğrayıb. Lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

23. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, iddiaçının **********00080 saylı abunə koduna hesablanmış 216 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir.

26. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. İddiaçı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00080 saylı abonent koduna hesablanan 216 (iki yüz on altı) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin.

3. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar