Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-271/2026 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-nə və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satışı ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 83/04 №-li 09 dekabr 2021-ci il tarixili protokolunun etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli 10 noyabr 2022-ci il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən olan məlumatlardan görünür ki, cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin hüquqi ünvanı ünvan 2r və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin hüquqi ünvanı ünvan 3ərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi iddiaçıların iddia tələbləri müstəsna aidiyyət qaydalarına əsasən verilən iddialara aid edilmədiyindən, bu tələblər cavabdehin (cavabdehlərdən birinin) ünvanı üzrə ərazi aidiyyəti qaydalarına əsasən verilə bilər. Belə ki, tələb daşınmaz əmlaka dair keçirilmiş hərracın nəticələrinin mübahisələndirilməsi ilə bağlı olmaqla, hərracın keçirilmə qaydalarının qanunvericiliyə üyğunluğunun yoxlanılmasından ibarətdir. Müstəsna aidiyyət qaydaları isə bu kimi tələblərin verilməsinə şamil edilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-nə və "xxxx" MMC-nə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin satışı ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 83/04 №-li 09 dekabr 2021-ci il tarixili protokolunun etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli 10 noyabr 2022-ci il qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. “Mpay” vasitəsilə ödənilmiş (qəbz: **********) 100,60 (bir yüz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(5-94)-271/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-271/2026
19.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver