Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-806/2026 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X2 qızı, İddiaçı X1 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair kiçik iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X1 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7686,24 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Odur ki, hazırda iddianın qiyməti 5000 manatdan çox olduğu üçün həmin tələbə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair kiçik iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının iddia icraat qaydasında ərizə verməsinə mane olmur. İddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə, o cümlədən, istehlakçının ünvanı və müqavilənin icra edildiyi yerə görə Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(5-94)-806/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-806/2026
11.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver