Məhkəmə qərarları › İş №2(5-96)-146/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-146/2026

12.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-146/2026 12.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış məbləğin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanaraq **********01050 saylı abonent koduna xx.xx.2024-cü il tarixli ******* saylı akta görə hesablanmış 777 manat 60 qəpik məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu, Ümid qəsəbəsi, 3-cü küçədə yerləşən ünvandakı evdə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə 777 manat 60 qəpik məbləğində itirilmiş qazın həcmi hesablandığı, həmin borcun sayğaca müdaxilə ilə əlaqədar yarandığı bildirilmiş və ******* saylı akt tərtib edilmişdir. İddiaçının mənzilindən açılmış qaz sayğacı onun iştirakı olmadan yoxlamadan keçirilmişdir. Habelə cavabdeh qeyd edilən faktın təsdiq edilməsi üçün heç bir hüquq-mühafizə orqanlarına və ya Energetika Nazirliyinə rəsmi müraciət etməmiş və bu barədə aidiyyəti qurum tərəfindən təsdiqləyici qərar və ya protokol tərtib edilməmişdir.

3. İddiaçıya rabitə orqanı tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş, habelə elektron kabinet vasitəsilə sms bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir rəsmi məlumat təqdim etməmişdir. Cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən məhkəmənin elektron kabineti vasitəsilə ərizə təqdim olunaraq məhkəmə iclasında iştirak edə bilməyəcəkləri bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır.

5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

Məhkəmənin mövqeyi:

6. Göründüyü kimi, iddiaçıya həm rabitə orqanı (poçt) vasitəsilə, həm də sms bildiriş göndərilməsinə və məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü halla bağlı olması barədə heç bir rəsmi məlumat verməmişdir. Habelə cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılmasına dair ərizə məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı məhkəmənin çağırışlarına (xx.xx.2026 və xx.xx.2026-cı il tarixlərdə) gəlmədiyi və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

7. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 259-260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar